Ramazan ayına hazırlaşmaq üçün on məsləhət.
Ramazan ayına hazırlaşmaq üçün on məsləhət.

Gəlin, həyatımızdakı hər hansı bir mühüm hadisəni xatırlayaq. Biz ona necə hazırlaşırıq? Hər şeyi başlı-başına buraxırıqmı, yoxsa ciddi-cəhdlə planlar qururuq? Əlbəttə, biz hər bir xırda detalı düşünür, planlayır və səbrsizliklə gözləyirik. Bizim üçün bundan daha mühüm olan Allah təalanın bizə ayırdığı zaman – ilin ən gözəl ayı olan Ramazandır. Bu ayda siz saysız-hesabsız mükafat ala, eyni zamanda Allahın rəhmətini qazananlar arasında ola bilərsiniz. Bu ayda biz yaxşılığa doğru dəyişə, nümunəvi xüsusiyyətlər qazana, günah və zərərli adətləri tərk edə bilərik. Bu ay Rəbbimizə itaət və ibadət ayıdır, Quran ayıdır. Amma biz bilirik ki, uğur asanlıqla əldə edilmir. Bu, əsasən planlanmış əməllərlə və bizə yardım etməsi üçün Allaha dua etməklə əldə olunur. Gəlin, yaxınlaşan Ramazanı xüsusi bir aya çevirək.

10
уроков
+3
часов обучения
120
очков
1
бейдж