Ramazan ayına hazırlaşmaq üçün on məsləhət.

Ramazan ayına necə hazırlaşmalı? On praktik məsləhət.

Öyrənməyə başlamaq
+10
уроков
+3
часов обучения
+120
очков
+1
бейдж
Birinci məsləhət

Rəvayət olunur ki, keçmiş nəsillərdən olan bəzi möminlər Ramazan ayına qədər yaşama imkanına malik olmaq üşün 6 ay əvvəlcədən başlayaraq Allaha dua edir, yalvarırdılar...

İkinci məsləhət

Obrazlı desək, Ramazan ayında biz ilin yerdə qalan hissəsini imanla, saleh əməl etməklə, yetərli qaydada keçirmək üçün "enerji" toplayır, habelə, ruhumuza müdaxilə edən hər cür nəfsani istəklər, şəhvət və günahlara qarşı mətanətimizi möhkəmləndiririk.

Üçüncü məsləhət

Ramazan ayında oruc tutmaq - Rəbbimiz üçün edilən ən önəmli ibadətlərdən biridir. Biliklər əsasında edilən ibadət, şübhəsiz, Allahın rizasına və mükafatlarınızın dəfələrlə artmasına səbəb olacaq.

Dördüncü məsləhət

"Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir..." (Hədid surəsi 20)

Beşinci məsləhət

"Həqiqətən də əməllər niyyətə görədir, hər kəsə niyyətinə görə veriləcək..."

Altıncı məsləhət

"Əgət insan yalan danışmağı və yalan üzrə əməl etməyi tərk etməyəcəksə, onun yeməkdən və içməkdən imtina etməsi Allaha lazım deyil."

Yeddinci məsləhət

"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir..." "Bəqərə" surəsi 185

Səkkizinci məsləhət

"...Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" "Nur" surəsi 31

Doqquzuncu məsləhət

"... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz." "Bəqərə" surəsi 185

Onuncu məsləhət

"...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin..." Maidə surəsi 2