Başlayanlar üçün təcvid

Şəddə. Şəddəli hərflər

Şəddə (شدّة) ikiləşməni göstərir.

Üzərində şəddə olan hərf iki hərfdən ibarətdir, birincisi sükun, ikincisi isə hərəkəli. Şəddə bir sözdə yan-yana gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır.

Bu bölümdə siz:

  • Şəddəli hərflər haqqında hər şeyi biləcək və onları düzgün tələffüz etməyi öyrənəcəksiniz.
  • Şəddəli ن və م hərfləri ilə əlaqəli qaydalarla tanış olacaqsınız
  • Təcvidin vacib terminlərindən olan ğunnə (غنّة) haqqında biləcək və onun düzgün tələffüzünü öyrənəcəksiniz.
Öyrənməyə başlamaq
+115
уроков
+3
часов обучения
+120
очков
+1
бейдж
Şəddəli və fəthəli hərflər

Şəddə hərfin ikiləşməsini göstərən işarədir.

Şəddəli hərf iki hərfdən ibarət olur: birincisi sükunlu, ikincisi isə hərəkəli

Bu hərflər bölünməyən şəddəli bir hərf kimi oxunur.

Şəddəli və kəsrəli hərflər

Bu bölümdə biz şəddə və kəsrəli hərflərin ayrıca və sözlərin tərkibində tələffüzünü çalışacağıq.

Şəddəli və damməli hərflər

Gəlin şəddəli və dammə hərəkəli hərflərin tələffüzünü məşq edək.

Şəddəli نم hərflərinin qaydaları. Ğunnə anlayışı

İkiləşmiş نم hərfləri ilə əlaqəli mushafda xüsusi qayda mövcuddur:

  • Şəddəli نم hərflərini oxuyarkən iki hərəkə miqdarında ğunnə etmək lazımdır.

Bu səhifəyə şərh


Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.