Başlayanlar üçün təcvid

Həmzənin növləri. Birləşdirici və ayirici həmzə

Həmzə iki cür olur: ayırıcı və birləşdirici.

Ayirici həmzə (ərəbcə همزة قطع) hər zaman yazılır və oxunur. Məs. يَأۡكُلُونَ və ya قَدۡ يَئِسُواْ.

Birləşdirici həmzə (ərəbcə همزة وصل) ilk hərfi sükun olan sözün oxunuşunu asanlaşdırır. Ayırıcı həmzəni göstərən işarə belə yazılır: ٱ

Bu dərsdə siz birləşdirici həmzə ilə əlaqəli qaydaları öyrənəcək və onu təcrübədə tətbiq edəcəksiniz:

  • birgə oxumada birləşdirici həmzə
  • iki sözün birgə oxunuşu; birinci söz məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır.
  • müəyyən artikldə birləşdirici həmzə haqqında
  • digər sözlərdə birləşdirici həmzə haqqında
Öyrənməyə başlamaq
+115
уроков
+3
часов обучения
+120
очков
+1
бейдж
Ayırıcı həmzə

Bu bölümdə siz ayırıcı həmzəni öyrənəcəksiniz.

Ayırıcı həmzə hər zaman yazılır və oxunur: bağlama, fasilə və başlama zamanı. Həmçinin gəlmə yerindən asılı olmayaraq: əvvəldə, ortada və sözün sonunda yazılır və oxunur .

Ayırıcı həmzə hər bir hərəkə və sükunla gələ bilər. Məs. يَأۡكُلُونَ və ya أَهۡلَكۡنَا

Birləşdirici həmzə. Bağlı oxuma

Birləşdirici həmzə ilk hərfi sükunlu olan sözlərin oxunuşunu asanlaşdırır. Gəlin həmzə vəsl işarəsinə baxaq: ٱ Diqqət edin birləşdirici həmzə hər zaman əliflə yazılır. Birləşdirici həmzə oxuma ondan başlandığı zaman oxunur. Əgər o mətnin ortasında gələrsə, tələffüz edilmir.

Bu bölümdə biz bağlı oxumanı nəzərdən keçirəcəyik. Bu halda birləşdirici həmzə oxunmur. Məs:

إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ

Eyni zamanda biz iki sözü birgə oxuyacağıq. Onlardan birinci məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır. Məs.

فِي ٱلۡحَرۡثِ

Birləşdirici həmsə haqqında

Başlanğıcda birləşdirici həmzə müxtəlif hərəkələrlə hərəkələnə bilər. Bu bölümdə siz həmzəni başlanğıcda hansı hərəkə ilə hərəkələmək haqqında öyrənəcəksiniz.

Birinci hal: Həmzə vəsl müəyyən artiklin tərkibində ٱلۡ. Bu, sözün önündə gələrək müəyyənlik bildirir. Məs:

ٱلۡقَمَرُ

İkinci hal: Söz həmzə vəsl ilə başlasa da müəyyən artikl yoxdur. Məs:

ٱخۡرُجۡ

Bu halda üçüncü hərfin hərəkəsinə baxmaq lazımdır.

Həmzənin növləri. Təsbit üçün çalışmalar.

Bu dərsdə biz "Həmzənin növləri" mövzusunun təsbiti üçün bir neçə çalışma yerinə yetirəcəyik.

Bu səhifəyə şərh

Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.