Başlayanlar üçün təcvid

Quran qiraəti zamanı fasilə vermə

Bu bölüm Quran qiraəti zamanı düzgün şəkildə fasilə verməyə həsr olunub.

Fasilə vermə qaydalarını bilmədən Quranı düzgün oxuya bilməzsiniz. Bu ana qədər siz sözləri, söz birləşmələri və ayələri elə oxuyurdunuz ki, sanki oxumanı fasilə vermədən davam edəcəksiniz. İlk mərhələdə tədrisi mürəkkəbləşdirməmək üçün belə edilirdi. İndi isə siz bütün mühüm mövzuları həm nəzəri, həm də praktik baxımdan yaxşı bilirsiniz və siz fasilə vermə qaydalarını öyrənməyə hazırsınız.

Quran qiraətində xüsusi qaydalar var ki, bunlara əsasən fasilə zamanı sözlərin sonluqları dəyişir. Dİqqət edin ki, Quranda fasilə həm ayənin sonunda, həm də ortasında baş verə bilər. Harda fasilə vermənizdən asılı olmayaraq, qaydaları dəqiq şəkildə tətbiq etməlisiniz.

Öyrənməyə başlamaq
+115
уроков
+3
часов обучения
+120
очков
+1
бейдж
Durma zamanı son hərəkəsi sükuna çevrilən sözlər

Bu dərsdə biz durma zamanı son hərəkəsi sükuna çevrilən sözləri öyrənəcəyik.

Bu qaydaya bir neçə qrup sözlər aiddir.

Durma zamanı sonluğu Əlif məd hərfinə çevrilən sözlər

Bu dərsdə siz ikinci qaydanı - Durma zamanı sonluğu Əlif məd hərfinə çevrilən sözləri öyrənəcəksiniz.

Bura sadəcə bir qrup sözlər aiddir. Bunlar fəth tənvin ilə bitən sözlərdir. Məsələn:

أَفۡوَاجًا

دُعَآءً

Durma zamanı sonluğu sükunlu ه hərfinə çevrilən sözlər

Əgər söz ة hərfi iıə bitirsə, durma zamanı onu sükunlu ه hərfi ilə dəyişmək lazımdır.

Məsələn:

ٱلۡقَارِعَةُ

Durma zamanı sonluğu dəyişməyən sözlər

Bu bölümdə siz durmanın dördüncü qaydasını öyrənəcəksiniz.

Bu qayda durma zamanı sonluğu dəyişməyən sözlərə və həmçinin sükunla bitən sözlərə aiddir.

Məsələn:

جَنَّتِي

ٱقۡرَأۡ

Üzərində sükun olduğu halda ر hərfində oxumanı durdururkən tələffüz

Bu bölümdə son hərfi ر olan sözlərdə oxumanı durdururkən meydana çıxan halları öyrənəcəksiniz.

Durma və "məd lin"

Bu bölümdə daha bir xüsusi durma halını gözdən keçirəcəyik.

Biz aşağıdakı qaydaya tabe olan sözləri nəzərdən keçirəcəyik:

  • Durma zamanı sonluğu sükuna çevrilən sözlər, həmçinin sözün sondan öncəki hərfi sükunlu و və ya ي hərfləridir və daha öncəki hərfin hərəkəsi fəthədir.

Belə hallarda durma zamanı sükun ilə bəradər, و və ya ي hərflərini 2-4 və ya 6 hərəkə miqdarında uzatmaq lazımdır.

Məsələn:

ٱلۡبَيۡتِ və ya خَوۡفٍ

Quranda fasilə vermə işarələri

Bu bölümdə siz Quranda xüsusi fasilə vermə işarələri haqqında öyrənəcəksiniz.

Durma. Çalışma və praktika

Bu bölümdə siz Qurandan nümunələr əsasında durma qaydalarının tətbiqini çalışacaqsınız.

Bu səhifəyə şərh

Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.