Başlayanlar üçün təcvid

Ərəb əlifbası ilə tanışlıq

Öyrənməyə başlamaq Master testi keçmək
+114
уроков
+3
часов обучения
+120
очков
+1
бейдж
"Ərəb əlifbası" bölümü haqqında

Maraqlı və mühüm bölümü öyrənməzdən öncə, aşağıdakı suallara cavab verək:

  • Hansı nəticələri gözləyirik?
  • Bölümü bitirdikdən sonra hansı bacarıqlar əldə edəcəyik?
  • Nə etmək lazımdır?
‎ا‎ hərfi

Gəlin, ərəb əlifbası ilə tanış olaq. İlk hərf "əlif" adlanır. Bu şəkildədir: ‎ا‎

‎ب‎ ‎ت‎ ‎ث‎ hərfləri

Bu bölüm ərəb əlifbasının ‎ب‎ ‎ت‎ ‎ث‎ hərflərinə həsr olunub. Sizin də gördüyünüz kimi, onlar bir-birlərinə bənzəyir. Sadəcə nöqtələrə görə fərqlənirlər.

‎ج‎ ‎ح‎ ‎خ‎ hərfləri

Bu bölümdə siz növbəti hərfləri - ‎ج‎ ‎ح‎ ‎خ‎ öyrənəcəksiniz. Siz onların necə düzgün yazılmasını, tələffüzündəki bəzi xüsusiyyətləri biləcəksiniz. ‎ج‎ ‎ح‎ hərfləri incədir, ‎خ‎ hərfi isə qalındır. Bundan başqa ‎ح‎‎خ‎ hərflərinin tələffüzlərini çox zaman qarışdırırlar.

‎د‎ ‎ذ‎ hərfləri

Bu bölümdə siz ərəb əlifbasının iki hərfi - ‎د‎ ‎ذ‎ öyrənəcəksiniz. Siz bu hərflərin yazılışı və tələffüzü haqqında ətraflı məlumat alacaq, onların tələffüzü ilə bağlı geniş yayılmış səhvlərdən xəbərdar olacaqsınız. Bölümün sonundakı test tapşırıqları sizə əldə edilmiş biliklərin yoxlanılması imkanı verəcək.

‎ر‎ ‎ز‎ hərfləri

Bu bölümdə siz əlifbanın daha 2 hərfi - ‎ر‎‎ز‎ öyrənəcəksiniz. Bu hərflər yazılışda çok bənzərdirlər, sadəcə nöqtəyə görə fərqlənirlər. Tələffüzlə bağlı hər iki hərfin özünəməxsus xüsusiyyətləri var. Məsələn, ‎ز‎ hərfi vıyıltılı hərflərə aiddir.

‎س‎ ‎ش‎ hərfləri

Bu bölümün dərsləri ‎س‎ ‎ش‎ həsr olunub. Bu hərflər tələffüzdə bəzi xüsusiyyətlərə malikdir. ‎س‎ hərfi vıyıltılı, ‎ش‎ hərfi isə fışıltılı hərfdir. Həmçinin, yazılışa görə bu hərflər bənzərdir.

‎ص‎ ‎ض‎ hərfləri

Bu bölümdə siz əlifbanın növbəti hərfləri ‎ص‎‎ض‎ öyrənəcəksiniz. Bu hərflər qalındır. ‎ض‎ hərfi sadəcə ərəb dilində mövcud olan unikal səs verir. Buna görə bəzən ərəblər deyir ki, ərəb dili "‎ض‎ hərfinin dilidir".

‎ط‎ ‎ظ‎ hərfləri

‎ط‎‎ظ‎ hərfləri bu bölümün mövzusudur. ‎ط‎ hərfi ərəb dilinin ən qalın və möhkəm hərfidir. Yeni başlayan tələbələr çox zaman bu hərfi ‎ت‎ ilə qarışdırırlar.

‎ظ‎ hərfi də qalın hərfdir. Yazılışa görə ‎ط‎ hərfinə bənzəyir və sadəcə nöqtə ilə fərqlənir. Bu hərfin bir başqa xüsusiyyəti budur ki, dişlər arası tələffüz olunur və onun tələffüzündə vıyıltı olmamalıdır.

‎ع‎ ‎غ‎ hərfləri

Bu bölümün mövzusu ‎ع‎ ‎غ‎ boğaz hərfləridir. Yazılış və tələffüzünə görə bənzər olduqlarından yeni öyrənənlər tez-tez bu hərfləri qarışıq salır. ‎ع‎ hərfi incə, ‎غ‎ hərfi isə qalındır.

‎ف‎ hərfi

Bu bölüm ərəb əlifbasının növbəti hərfi - ‎ف‎ həsr olunub. Bu bölümü öyrəndikdən sonra siz, ‎ف‎ hərfini düzgün tələffüz edib, yaza biləcək, onun bəzi xüsusiyyətlərini yadda saxlayacaqsınız.

‎ق‎ hərfi

‎ق‎ hərfi

‎ك‎ hərfi

‎ك‎ hərfi

‎ل‎ hərfi

‎ل‎ hərfi

‎م‎ hərfi

‎م‎ hərfi

‎ن‎ hərfi

‎ن‎ hərfi

‎ه‎ hərfi

‎ه‎ hərfi

‎و‎ hərfi

‎و‎ hərfi

‎ء‎ hərfi

‎ء‎ hərfi

‎ى‎ hərfi

‎ى‎ hərfi