Sükunlu hərflərin tələffüz müddəti. Tələffüzdə bəzi səhvlər.

Ötən dərslərdə biz sükunlu hərfləri öyrəndik və onların bəzi xüsusiyyətlərinə nəzər saldıq. Bu dərsdə keçdiklərimizi qısaca yekunlaşdıraq.

Xatırlayın, biz deyirdik ki, sükun halında hərflərin xüsusiyyətləri daha aşkar üzə çıxır. Buna görə sükunlu hərfləri düzgün tələffüz etmək vacibdir. Onlara kifayət qədər tələffüz müddəti verilməlidir.