İnternet resursdan istifadə qaydaları
1. Uçot yazısı. İstifadəçinin haqq və hüquqları
1.1. Qeydiyyat şərtləri.
İstifadəçi bu resursun istifadə qaydalarına əməl etmək haqqında razılıq verməklə qeydiyyatdan keçə bilər.
1.2. Qeydiyyat üçün güncəl, tam və dəqiq bilgiləri anketə doldurmanız zəruridir. Siz elektron poçt ünvanı (login) şifrənin qorunması ilə bağlı tam məsuliyyət daşıyırsınız. Qeydiyyat zamanı girdiyiniz məlumatlarda dəyişiklik olmuşsa, onların yenilənməsinə də məsulsunuz. Siz zəmanət verməlisiniz ki, uçot qeydiyyatı haqqında bilgiləri digər istifadəçilərə verməyəcəksiniz. Əgər sizin uçot məlumatlarınızın başqa istifadəçi tərəfindən istifadəsini müəyyən etmişsinizsə, bu barədə quranacademy-yə dərhal məlumat vermək öhdəliyini qəbul etməlisiniz.
1.3. Əgər saytın istifadəçisi 14 yaşından kiçikdirsə o, valideynlərdən biri və ya qəyyumun icazəsi olmadan qeydiyyatdan keçə bilməz. İstifadəçi quranacademy ilə müqaviləsi olan tədris müəssisələrinin, eyni zamanda Saytda qeydiyyatdan keçmiş repetitor vasitəsilə Saytdan istifadə edə bilər.
1.4. 14 yaşını doldurmamış övladlarını “istifadəçi valideyni” kimi qeydiyyatdan keçirənlər. Uşağın valideyn haqları müəyyən olmadığına görə, siz razılaşırsınız ki, quranacademy “istifadəçi valideyni” statuslu istifadəçinin etibarlı məlumat verəcəyinə zəmanət verə bilməz. Əgər “istifadəçi valideyni” statuslu istifadəçinin uçot yazısında düzgün olmayan məlumat aşkar olunarsa bu istifadəçinin qeydiyyatı xəbərdarlıq edilmədən ləğv edilir.
1.5. 14 yaşını doldurmamış uşağı saytta “istifadəçinin repetitoru” kimi qeydiyyatdan keçirmək istəyən repetitor valideynlərdən birinin razılığını almalıdır. “İstifadəçinin repetitoru” kimi qeydiyyatdan keçən istifadəçi uşağın valideynləri tərəfindən qaldırılan hər bir iddiaya cavabdehdir.
1.6. “İstifadəçi təşkilat” kimi müqavilə əsasında Saytda qeydiyyatdan keçən tədris müəssisəsi. Bu status altında qeydiyyatdan keçən istifadəçi müəssisə haqqında müfəssəl və dəqiq məlumat göstərməli, Saytla müəssisə arasındakı müqavilədə göstərilən elektron adresini girməlidir. Müqavilənin şərtlərinə əsasən tədris müəssisəsi Saytda yerləşdirilən məlumatları yalnız tədris məqsədilə istifadə edə bilər.
1.7. Sayt məlumatın məxfiliyinə böyük önəm verir. Siz bu, İstifadə Qaydalarında göstərilən Məxfilik Qaydalarını qəbul edirsiniz.
2. İstifadəçinin Saytdan istifadə etməsi
2.1 Saytı ticari məqsədlər, gəlir əldə etmək, reklam yerləşdirmək, maliyyə sxemlərini həyata keçirmək, habelə Quran Akademiyasının fəaliyyəti ilə uzlaşmayan digər işlər üçün istifadə etmək qadağandır.
2.2 Üçüncü şəxslərin qanun əsasında qorunan maddi və qeyri-maddi mülkiyyət haqlarını, əqli mülkiyyət hüquqlarını pozan, habelə yayılması qanunvericiliklə qadağan edilən materialların Saytda yerləşdirilməsi qadağandır.
2.3 Əgər təqdim olunan qeydlər, suallar, şərhlər, görüntülər, video və digər audio materiallar üçüncü şəxslərin müəllif haqlarını pozmursa və Akademiyanın prinsiplərinə zidd deyilsə, Sayt Administrasiyasının razılığı əsasında yayımlana bilər.
2.4 Sayta qoyulan materiallarda aşağıdakılara yol verilməməlidir:
- Üçüncü şəxslərin qanunla müdafiə olunan şəxsiyyət haqq və maraqlarına müdaxilə etmək
- Dini, irqi və milli ayrı seçkiliyin salınması və atəşlənməsi, zorakılığa dəvət və düşmənçiliyə səbəb olmaq
- Faşizmi və irqçiliyi təbliğ etmək
- Təhqiredici və tərbiyəsiz xüsusiyyətə malik olmaq
- Mövcud dövlət və siyasi sistemi dəyişməyə çağırış etmək, həmçinin terror fəaliyyətinə dəvət etmək
- Təbliğat ehtiva etmək
- Narkotik vasitələri reklam etmək, onların yayılmasına çalışmaq, istifadəsi, hazırlanması və resepti haqqında məlumat vermək
- Pornoqrafık görüntü və yazıya malik olmaq
- Zorakılıq səhnələrinə malik olmaq və ya heyvanlarla zorakı davranışı ehtiva etmək
- İntihar üçün vasitələri anlatmaq və intihara təşviq etmək
- Yetkinlik yaşına çatmayanların haqlarını pozmaq
- Üçüncü şəxslərin mülki və əlaqəli haqlarını pozmaq
- İstifadəçinin razılığı olmadan onun sisteminə proqram kodu yerləşdirən, onun sistem məlumatlarını dəyişə bilən materiallar və texnik məlumatların yerləşdirilməsi
3. İstifadəçinin məsuliyyəti
İstifadəşi yerləşdirəcəyi materialın məzmunu və səbəb olacağı bütün nəticələrə görə tam məsuliyyət daşıyır. İstifadəçi zəmanət verir ki, yerləşdirilən materialı şəxsən hazırlamış və sahibidir, bu materialın istifadəsi üçün zəruri lisenziya, icazə, haqq və razılıqlara malikdir, habelə bunların əsasında Sayta bu materialların - İstifadəçi kontentinin istifadəsinə icazə verir. İstifadəçi kontenti üçüncü şəxslərin bu haqlarını pozmamalıdır: mülki haqlar, ticari marka, patent, ticari sirr, mənəvi haqq, məxfilik haqqı, əqli mülkiyyət. İstifadəçi kontenti Sayta zərər vura biləcək virus və ya digər elementlərə malik olmamalıdır.
4. Administrasiyanın hüquq və vəzifələri
4.1 Administrasiya şəxsi fikrinə əsasən istifadəçinin yayımladığı məlumatı (xüsusilə, qadağaları pozan məlumatları, şəxsi bilgiləri və şərhləri) dəyişdirmək, silmək haqqına malikdir. Eyni zamanda Administrasiya istifadəçinin Saytın bu və ya digər servisi və servislərinə, bölüm və bölümlərinə girişini istədiyi zaman səbəb izah edərək və etmədən əngəlləyə bilər və buna görə istifadəçiyə dəyən ziyana məsuliyyət daşımayacaq.
4.2 İstifadəçinin fəaliyyətində hazırkı qaydaları pozan hər hansı addım müəyyən edilərsə, Administrasiya hər hansı açıqlama vermədən İstifadəçinin hesabını ləğv edə, bağlaya, məhdudlaşdıra bilər və ya Saytın bir sıra servislərinə girişi əngəlləyə bilər.
4.3 Sayt quranacademy-nin mülkü olduğuna görə, vizual görünüş, qrafika, dizayn, informasiya, kompüter kodu, proqram təminatı, xidmətlər, məzmun, tədris videosu, çalışmalar və həmçinin veb-səhifənin bütün digər elementləri Böyük Britaniyan və Şimali İrlandiya Birləşmiş Krallığının müəllif hüquqları, patent, ticari marka, beynəlxalq konvensiyalar və qanunlar, habelə əqli mülkiyyət və mülki hüquq haqqında digər qanunvericiliyi ilə qorunur.
4.4 Bu qaydalar və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, haqq sahibinin hər cür istifadə üçün öncədən icazəsi olmadan heç bir kontentin surəti çıxarıla, çoxaldıla, üzərində işlər aparıla, yayımlana, dərc oluna, yüklənə, ötürülə, satıla və ya bir başqa yolla tam və ya hissəli şəkildə istifadə oluna bilməz.
4.5 Saytda məzmun yerləşdirərkən İstifadəçi digər istifadəçilərə istisnasız olaraq məzmunun istifadəsi, baxılması, dinlənilməsi, surətinin çıxarılması, üzərində işlərin aparılması və ticari olmayan digər addımların aparılmasına (haqq sahibinin qanunla qorunan maraqlarına zərər vuran və ya vuracaq hallar istisna olmaqla) izn vermiş olur.
4.6 Yalnız şəxsi, ticari olmayan məqsədlə istifadə üçün məzmuna giriş alan istifafəçi unutmamalıdır ki, bu məzmuna girişi bütün müəlliflik (kopirayter) və müəllifliklə əlaqəli digər qanunlara riayət etmək, müəllifin adının dəyişməz şəkildə tutmaq, saxlamaq, ticari məqsədlər üçün istifadə etməmək şərtilə əldə etmişdir.
4.7 İstifadəçi Saytda sadəcə şəxsi zəhməti hesabına hazırladığı kontenti yerləşdirmək haqqına malikdir. İstifadəçinin başqa saytlar, məlumat bazası və s. haqq sahibinin kontentini haqq sahiblərinin aşkar və bariz icazəsi olmadan yaymaq, Sayta yerləşdirilmək haqqı yoxdur.
4.8 Sayt və Kontentin bu qaydalarda göstərilən hallar istisna olmaqla və ya haqq sahibinin aşkar və bariz, yazılı icazəsi olmadan istifadəsi qəti qadağandır.
4.9 Qanunvericiliklə müəyyən olunmuş haqlarının pozulması barədə haqq sahibindən müvafiq şikayət daxil olduğu zaman Administrasiya istifadəçiyə xəbər və izahat vermədən sözügedən Kontentin istifadəsini əngəlləmək və ya silmək haqqına malikdir.
5. İstifadəçi kimi Saytdan istifadə etməyə başlayarkən siz aşağıdakıları etməməyə razılıq verirsiniz:
5.1 Quran Akademiyasından yazılı razılıq alınmamışsa, Saytı gəlir əldə etmək üçün hər hansı bir fəaliyyət üçün istifadə etmək
5.2 İstifadəçi kontenti və ya digər kontentləri nüfuzdan salan hər hansı bir informasiya yaymaq
5.3 Qanunsuz, hər hansı insanın şəxsiyyətini aşağılayan, irqi və milli ədavət ehtiva edən hər hansı bir məzmunu yaymaq
5.4 Özünü başqa şəxs və ya təşkilat kimi qələmə verərək Saytın uçot qeydiyyatlarına İstifadəçilərin icazəsi olmadan giriş əldə etmək və ya hüquqa zidd digər addımlar atmaq
5.5 Saytın təhlükəsizliyi ilə bağlı funksiyalara hər hansı müdaxilə etmək, silmək, əngəlləmək və zərər vurmaq.
5.6 Qanunvericiliyin icazə verdiyi hallar istisna olmaqla, Saytın ilkin kodunu əldə etməyə çalışmaq, texnologiyasını açmaq istəmək, sökmək və ya hər hansı digər yola baş vurmaq
6. İstifadəçinin və Administrasiyanın məsuliyyəti
6.1 İstifadəçi razılıq verir ki, Sayta qoyduğu hər bir informasiya və Kontentə, habelə onun digər istifadəçilərə təsirlərinə şəxsən məsuliyyət daşıyır.
6.2 Sayt hər kəsə açıq informasiya mənbəyi olduğuna görə, Administrasiya istifadəçi və ya üçüncü şəxslərin Sayta yerləşdirdiyi hər hansı Kontentə görə məsuliyyət daşımır.
6.3 Saytı “online” və “offline” istifadə edən istifadəçilərin hər hansı davranışına görə Administrasiya məsuliyyət daşımır.
6.4 Profilaktik və digər işlərlə əlaqəli olaraq Sayt və ya onun servisləri hissəli və ya tam şəkildə girişə qapalı ola bilər. Administrasiya zəruri profilaktik işləri və digər işləri şəxsi qənaətinə əsasən istədiyi vaxtda istifadəçilərə xəbər verərək və ya verməyərək yerinə yetirə bilər.
6.5 İstifadəçinin Saytda və ya başqa yerdə yerləşdirilən məlumatlarında işlənmə və ya ötürülmə zamanı meydana çıxan səhvlər, kəsilmələr, silinmələr, qüsurlar, gecikmələr, rabitə xəttindəki qüsurlara görə, habelə, məlumatların oğurlanması, məhv edilməsi və ya hüquqa zidd giriş əldə olunmasına görə məsuliyyət daşımır. Administrasiya telefon xidmətlərinin, server, kompüter sistemləri və ya provayderlərin üzündən meydana çıxan texniki və digər qüsurlara, habelə proqram təminatı, elektron poçt qüsurlarından dolayı meydana çıxan problemlərə görə məsuliyyət daşımır.
6.6 Saytdan və ya Sayta yerləşdirilmiş linklərdən məlumat yükləyərkən istifadəçinin kompüterinə və ya digər mobil cihazına və hər hansı avadanlığına dəyən hər hansı bir zərərə görə Administrasiya məsuliyyət daşımır.
6.7 Sayt Administrasiyası və onun nümayəndələri heç bir halda istifadəçi və ya üçüncü şəxslər qarşısında Saytın istifadəsinə, ordakı materiallar, əldə edilən giriş imkanlarına görə meydana çıxan aşağıdakı hallarla bağlı məsuliyyət daşımır (hətta Administrasiya bunların baş verə biləcəyi haqqında əvvəlcədən xəbərdarlıq etmişə belə):
- Təsadüfi, dolayı, qərəzli olmayan zərər
- Əldən qaçmış xeyir
- İtmiş məlumatlar
- Şəxsiyyətə və işgüzar nüfuza dəyən zərər
6.8 Administrasiya və ya üçüncü şəxslərin fəaliyyəti nəticəsində haqq və maraqlarının pozulduğunu düşünən istifadəçi bununla əlaqəli .... elektron adresinə məktub göndərə bilər. Göstərilən kontent haqq sahibinin ilk tələbi ilə dərhal Saytdan qaldırılacaq.
7. Yekun müddəalar
7.1 Bu anlaşma Böyük Britaniyan və Şimali İrlandiya Birləşmiş Krallığının müvafiq qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Anlaşmada əks olunmayan məsələlər Böyük Britaniyan və Şimali İrlandiya Birləşmiş Krallığının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
7.2 Əgər bu Anlaşmanın bir və ya bir neçə müddəası hər hansı səbəbə görə qüvvədən düşərsə və ya hüquqi qüvvəsini itirərsə, bu, digər müddəalara aid olunmur.