Praktik çalışma №1

Ramazan ayının başlamasına barmaqla sayılacaq qədər gün qaldı...

Təxirə salmadan bu müqəddəs aya hazırlaşmağa başlayın.

Ən birinci praktik tapşırıq: daim dua etməyi adət halına gətirin.

Allah təala Quranda deyir: “Mənə dua edin, Mən də sizə cavab verim...” (Ğafir surəsi 60).

“Dua” sözü (ərəbcə - دُعَاء) tərcümədə “yalvarma, xahiş ibadət” anlamına gəlir.

Allah Rəsulu (əleyhissalatu vəssələm) deyib ki, dua gözəl ibadətdir: “Dua – ibadətdir” (Əhməd 4/271, Əbu Davud 1264, Ət-Tirmii 3294, İbn Macə 3818).

Allaha dua edərkən qəlbdən etməyə, səmimi olmağa çalışın. Allahın bizə verdiyi nemətlər haqqında düşünün və anlamağa çalışın ki, biz Ona nə qədər möhtacıq.

Bu dünya və axirət üçün özünüz və digərlərinə istəyəcəyiniz hər şeylə bağlı Allaha yalvarın. Eyni zamanda Allaha dua edin ki, sizi Ramazan ayına yetişdirsin və onu faydalı keçirməyi nəsib etsin. Dua edin ki, sizi Allahın rizasını qazananlardan etsin və bu ayda bağışlanma nəsib etsin. Yaxşılığa doğru dəyişənlərdən, qüsurları tərk edənlərdən etsin.

اللَّهُمَّ بَلِّغْنَا رَمَضَانَ

“Allahummə balliğnə ramədən”

“Allah, bizə Ramazanı görməyi nəsib elə!”