Quran Akademiyasında siz Müqəddəs Kitabı və ərəb dilini istənilən səviyyədən başlayaraq öyrənə bilərsiniz. Artıq bütün dünyada milyonlarca insan Quranı öyrənİrlər. Öyrənin və biliklərinizi paylaşın!
Quran oxunması
Daha ətraflı
İnteraktiv dərslər
Daha ətraflı
Оnlayn Quran oxuyun
Sözlərin sətir-sətir tərcüməsi. Artıq Qurandakı hər bir sözün tərcüməsini sizə uyğun olan dildə oxuya biləcəksiniz. Sözbəsöz tərcümə Quran ayələrinin anlaşılmasını asanlaşdıracaq və ərəb dilinin öyrənilməsinə yardım edəcək.
Quranı onlayn dinləyin. Artıq siz orjinal ərəb dilində Quran qiraətlərini yüksək keyfiyyətlə dinləyə, yükləyə biləcək, rus, ingilis, azərbaycan və s. dillərdəki tərcüməsini əldə edəcəksiniz. Mişar əl Afasi, Xusari, Əbdül Basit, Yasir əl Dussari, Əymən Süveyd və s. kimi 50 dən artıq qarilərin qiraətləri əldə oluna bilər.
Sözlərin bir bir göstərilməsi və təcvid qaydalarının işıqlandırılması. Qarinin oxuduğu sözləri müasir texnologiya vasitəsilə oxuma anında fərqləndiririk. Bu rejim sizə Quran sözlərini düzgün tələffüz etməyi asanlaşdıracaq. Həmçinin, idğam, məd və s. kimi təcvid qaydaları üzrə yardımlari istifadə etmək üçün kursoru rəngli hərflərin üzərinə gətirməklə tətbiq olunmuş qayda haqqında bilgi ala bilərsiniz.
Hazırda saytımızda Quranın 50-dən artıq tərcüməsi, təfsiri mövcuddur. Əs-Sədi, İbn Kəsir, Cəlaleyn və s. alimlərin bu əsərləri ərəb, rus və s. dillərdə əldə edilə bilər. Bunların bəzilərini sadəcə bizim saytda oxuya bilərsiniz. Naviqasiyadan istifadə edərək, Mədinə mushafında sizə lazım olan yerə, gərəkli ayəyə, surə, səhifə və ya cüzə keçid əldə edə bilərsiniz.
Quranı əzbər öyrənin.
Əzbərləmək və yoxlamaq üzrə unikal texnologiya qısa zamanda Quranın əzbərlənməsinə imkan verir. Bu vasitələr həm böyüklər, həm də kiçiklərə gündəlik praktika üçün uyğundur. Bunları həmçinin hafizlərin hazırlanması prosesinə inteqrasiya etmək mümkündür.
Lüğət ayələrin mənalarını öyrənməyə və Quran surələrini əzbərləməyə yardım edəcək. Bu vasitəni istifadə edərək söz ehtiyatınızı zənginləşdirin. Qurandakı bütün sözləri öyrənməklə - burada isə 15 min unikal söz var - siz ərəb dilini asanlıqla anlayacaq və ünsiyyətdə ola biləcəksiniz.
Tərəqqinizi izləyin, öncə öyrənilmiş ayələri təkrarlayın və yenilərini öyrənməyə başlayın. Öyrənilmiş ayələr üzrə biliklərinizi master-test vasitəsilə sınaqdan keçirin. Əgər siz şübhə edirsinizsə, testlərin emulyasiyasını istifadə edin. Sistem sizin zəif tərəflərinizi üzə çıxaracaq, amma bunu yanlış kimi qeydə almayacaq.
İnteraktiv dərslər vasitəsilə Quranı öyrənin.
İnteraktiv tədris kursları. Saytdakı mühazirələr 5-7 dəqiqəlik video roliklər şəklində təqdim olunur. Sizə uyğun olan zamanda öyrənin. Beləliklə, hətta ən çətin mövzunu öyrənmək çox daha asanlaşır.
Test sistemi və əlavə materiallar. Dərslərdən sonra əldə edilmiş bilikləri sınaqda keçirmək üçün, ara və master testləri həll edin. Şparqalka və yükləmə üçün materiallar öyrənilmiş mövzuların praktikada təsbitinə yardım edəcək.
Tədrisin tərəqqisi. Mühazirənin strukturu dərslərin öyrənilməsi ardıcıllığını anlamaqda yardım edəcək. Son dəfə qaldığınız yerdən davam edin. Proaktiv sistem roliki önə çəkərək və ya fon rejimində dinləməyə imkan vermir. Beləliklə, siz hər zaman mövzuya diqqətinzi yönəldə biləcəksiniz.
Əlavə üstünlüklər

Ərəb dilini öyrənin

Ərəb dilini azərbaycan dilində öyrənmək üçün dərsliklər çox azdır, ona görə də, ərəb dilini Quran Akademiyasında online öyrənmək ən yaxşı qərardır. Hər şey ərəb əlifbasının öyrənilməsi ilə başlayır (yeni başlayanlar üçün ərəb dili). Əsas vərdişlərə yiyələnmiş şəxslər və Quran ərəbcəsi öyrənənlər üçün ərəb dili dərsləri hazırlanma mərhələsindədir. Ərəb ölkələrinə tez-tez səyahət edənlər və ya ora köçməyi planlaşdıranlar üçün ərəb dili öyrənmək məsləhət olunur.

Öz biliklərinizin səviyyəsini üzə çıxarmaq üçün testdən keçin və tədrisi istənilən səviyyədən başlayın.

Siz təlimi, hazırda olduğunuz səviyyədən başlayırsınız: proqram həm yeni başlayanlar, həm də artıq uzun müddət ərəb dili və Quranı öyrənənlər üçün nəzərdə tutulub. Bütün bunlar tamamilə ÖDƏNİŞSİZDİR!

Nə üçün 78% insan illərlə Quran öyrənir, lakin hətta bir cüzü belə əzbər bilmir, 22% insan isə artıq səkkizinci dərsdə bir cüzü əzbərləyir?

Effektli motivasiya üsulları materialı daha sürətli mənimsəməyə imkan verir. İnformasiyanın bir birindən fərqli təqdinm olunma formaları və fərdi yanaşma müxtəlif qavrama kanallarını hərəkətə keçirir, təlimi maraqlı edir və onu sizin bilgiləriniz, məqsədləriniz və maraqlarınıza kökləyir. Siz əyani şəkildə əldə edilən nəaliyyətləri görürsünüz

Video-dərslər vasitəsilə Quranın anlaşılmasına sürətli yol

Quran bilicilərinin hazırladığı audio, video və digər materiallardan ibarət nadir kitabxana sizlərə maraqlandığınız materialları seçmək imkanı verir. Məqsədiniz, marağınız və bacarığınızdan asılı olaraq təhsil üzrə fərdi məsləhətlər alın. İnteraktiv təlimlər materialın mənimsənilməsini ikiqat artırır.

Həmfikirlərinizlə ünsiyyətdə olun

Ərəb dilində 240 milyona yaxın insan danışır. Quran hafizlərinin, ilahiyyatçıların, elm tələbələrinin və sadəcə, ərəb dilində danışanların əhatəsində siz daha effektiv öyrənir və nəinki sözləri, hətta, onların düzgün tələffüzünü daha tez yadda saxlamış olursunuz. Ərəbdilli qrupda ünsiyyətdə olmaq əldə olunmuş bilik və vərdişləri daim təkmilləşdirməyə kömək edir.

Təhsildə yeni texnologiyalardan istifadə edin

Yeni məlumatların yadda saxlanılması, tez və effektli şəkildə mənimsənilməsi üçün nəzərdə tutulan çoxlu sayda unikal vasitələr təhsili sona qədər davam etdirməyə kömək edir. Qrammatikanın yoxlanılması üçün avtomatlaşdırılmış testlər, tələffüzlər, təfsir və elmi faktlar üzrə biliklər: üşaqlar üçün, böyüklər üçün, ekspress kurs, tənbəllər üçün, dərinləşdirilmiş kurs və s.

Hamı üçün Akademiya

Təlim üçün müəllimlərə açıq olan vasitələr

Unikal metod və vasitələr hər bir tələbənin nəticələrini izləmək, bu və ya digər tələbəyə geri qaldığı fənlərdə yardım edərək irəli çəkmək imkanı verir. Dərs prossesinin cədvəli, çoxsaylı testlər və elektron gündəlik kimi vasitələr vaxta çox qənaət edir, şagirdlərin qazandığı bilikləri yoxlamaq və qiymətləndirməyə ehtiyac qalmır.

Valideynlərin nəzərinə - uşaqlar üçün onlayn dərslər

Quran öyrənməyə kiçik yaşlardan başlayın. Uşaqlar informasiyanı "süngər" kimi çəkir və dərhal əldə etdikləri informasiyanı tətbiq etməyə başlayırlar. Akademiyada fənlər üzrə əldə edilərn nailiyyətlərə görə uşaqları təhsilə həvəsləndirən sistem hazırlanır (nişanlar, medallar və reytinqlər). Siz övladınızın müvəffəqiyyətlərini izləyə bilərsiniz.

Elmi yayanlara və dəvətçilərə

Elm bir-birinə bağlı üç həlqənin mövcudluğunda əsl elmə çevrilir: müəllim, tələbə və tələbənin tələbəsi. Quran Akademiyasında siz nəinki təhsil alıb, təhsil verə bilər, həmçinin, öz biliklərinizi bölüşərək və onları sonra gələnlərə ötürərək, öz sahənizdə əsl ekspert ola bilərsiniz.

Artıq Akademiyada
37740
İstifadəçilər
385
video-dərs və material
748
Məqalələr
3508
gün Akademiya fəaliyyət göstərir
37740
İstifadəçilər
385
video-dərs və material
748
Məqalələr
3508
gün Akademiya fəaliyyət göstərir