Bizim məqsədimiz sizə kömək etməkdir
Allahın ən yüksək mükafatı

 

Akademiya Haqqında

Online təhsil günü-gündən daha populyarlaşır. Çünki gənclər boş vaxtlarını İnternetdə keçirirlər. Təhsil texnologiyalarındakı innovasiyalar və zamanın getdikcə artan dəyəri online təhsili tələb olunan və əlverişli edir. Bu gün artıq İnternetdən ərəb dilini və ya Quranı öyrənmək üçün yaxşı kitablar endirmək, audio (səsli) və video (görüntülü) dərsləri dinləmək və seyr etmək mümkündür. Lakin təhsil, həm də müəllim və tələbənin qarşılıqlı ünsiyyəti, tələbənin nəyi öyrəndiyini, nəyi isə öyrənə bilmədiyini, həmçinin nəyi doğru yaxud yanlış öyrəndiyini anlamasıdır. Quran Akademiyası - online təhsil mühitində unikal, beynalxalq bir layihədir. Burada siz yeni texnologiyalardan istifadə edərək ərəb dilini və Quranı öyrənə bilərsiniz. Siz, layihənin digər üzvləri - tələbələr və elm axtarışında olanlar, Quran hafizləri və ərəb dilini yaxşı bilənlərlə ünsiyyətdə olaraq Müqəddəs Quranı kompleks şəkildə dərk etmək və bilikləri asan mənimsəmək və yadda saxlamaq imkan qazanacaqsınız.

Müəllimlərə, valideynlərə, bilikləri yayan və dəvət edənlərə

Müəllimlər üçün biz, rahat və effektli bir təhsil sistemi işləyib hazırlamışıq. Bu sistem sizə hər bir şagirdin nəticələrini təqib etməyə və onun təhsilini lazımi istiqamətə yönləndirməyə imkan verir. Bizim təhsil vasitələrimizin köməyi ilə siz vaxtınızın böyük bir qisminə qənaət etmiş olacaqsınız! Bundan başqa Quran hafizləri tərəfindən hazırlanmış böyük materiallardan ibarət kitabxana sizin ixtiyarınızdadır. Valideyinlər bilsin ki, Akademiya uşaqların müxtəlif yaş və hazırlıq səviyyəsinə uyğun çoxlu online dərslər təklif edir. Övladları saleh möminlər kimi yetişən valideyinləri böyük mükafat gözləyir. Uşaqların yeni informasiyaya (məlumatlara) daha həssas olduqları, ən kiçik yaşlarından təlimlərə başlamaq lazımdır. Dəvətçilər və elmi yaymaq istəyənlər üçün Quran Akademiyasında nəinki təhsil almaq və təhsil vermək, həmçinin öz bilikləri və təcrübələri ilə bölüşmək, başqalarına ötürmək və öz sahələrində ekspert olmaq imkanı var.

Komanda haqqında

Quran Akademiyası böyük, beynəlxalq layihədir. Ona görə də bizim hər bir yardıma ehtiyacımız var. Biz - bütün dünyanı təmsil edənlərdən ibarət böyük bir komandayıq. Saytın məqalələrlə doldurulması, müxtəlif dünya dillərinə tərcüməsi, Akademiyanın İnternet şəbəkəsində təşviqi, proqramlaşdırma, səhifələnməsi, dizaynı və sizin peşəkarcasına bacardığınız digər iş növləri sizləri gözləyir. Akademiyanın layihəsinə yardım etməklər siz sonsuz savab (mükafat) qazanmış olacaqsınız. Çünki sizin köməyinizlə bütün dünyada milyonlarca insan faydalı bilgilər əldə etmiş olacaq! Bundan başqa bizimlə işləməklə siz öz portfolionuzu (portfelinizi) gözəl işlərlə dolduracaq, qiymətli təcrübə qazanacaq və maraqlı insanlarla tanış olacaqsınız.

Son məlumatlara görə ərəb dili dünyada geniş yayılmış dillərin ilk beşliyində yer alır. Bu dildə 240 milyondan artıq insan danışır və bu rəqəm gündən-günə artır. Bundan başqa ərəb dili, melodikdir, gözəl və olduqca lakonikdir, eyni zamanda da anlaşıla biləndir. Ərəb dilində iki kəlimə ilə azərbaycan dilində uzun bir cümlənin ifadə etdiyi mənanı vermək olar. Ərəb dilini ödənişsiz şəkildə yerli məscidlərin hər birində öyrənmək olar. Demək olar ki onların hər birində müsəlmanlar üçün ərəb dili dərsləri keçirilir. Əgər siz dindən uzaqsınızsa və eyni zamanda ərəb dilini öyrənmək istəyirsinizsə, bunu Quran Akademiyasında online şəkildə edə billərsiniz. Yeni başlayanlar üçün ərəb dili - ərəb əlifbasının öyrənilməsi və əzbərlənməsi, hərflərin təcvid qaydalarına uyğun şəkildə tələffüzünü ehtiva edir. Orta səviyyə sözlərin və qrammatikanın öyrənilməsi, yuxarı səviyyə isə mükəmməl və sərbəst şəkildə oxuyub tərcüməni nəzərdə tutur. Quran ərəbcəsinin bir neçə dərsindən sonra siz, artıq Quran surələrini oxuya və onların mənalarını başa düşə biləcəksiniz