Quranın əhəmiyyəti haqqında

Quranın ilk endilirilmiş surəsi möhtəşəm sözlərlə başlayır. Burada hansı zamanda yaşamasından və harada olmasından asılı olmayaraq hər bir insanın ruhunun tərbiyə edilməsi üçün yol göstərilir. "Yaradan Rəbbinin adı ilə oxu!"

Bu ayələrdə Allahu təalə göstərir ki, təmizlənmək və islah olmaq istəyən üçün Quran və Sünnədən başqa yol yoxdur və bunları da oxumaq, öyrənmək və anlamaqla əldə etmək mümkündür.