Başlayanlar üçün təcvid
Təcvid (ərəb. تجويد) — orfoepik oxunma qaydası və müvafiq Quran elmi ('ilm ət-təcvid) olub, Quranın düzgün qiraətini öyrədir və mənasının təhrif olunmasını istisna edir.
-
1"Başlayanlar üçün təcvid" kursuna giriş
Bu bölümdə siz "Başlayanlar üçün təcvid" kursu haqqında bütün zəruri bilikləri əldə edəcəksiniz. Burada biz kursun məzmunundan danışacaq, məqsədləri, gözlənən nəticələr və onların əldə edilməsi haqqında məlumat verəcəyik. Bundan başqa, Quranın bizim həyatımızdakı rolunun əhəmiyyəti haqqında düşünəcək, Quranın başa düşülməsi və öyrənilməsində təcvid elminin önəmini anlamağa çalışacağıq. Sonda düzgün niyyət və uğurun üç əsas amili barədə danışacağıq.
-
2Ərəb əlifbası ilə tanışlıq
Bu bölümdə siz ərəb əlifbası hərflərinin tələffüzü, yazılışı və bəzü xüsusiyyətləri ilə tanış olacaqsınız. Təqdim olunan tədriz materiallarının hamısını öyrəndikdən sonra ərəb əlifbası biliklərinizin səviyyəsini bilmək üçün master-testdən keçməyi tövsiyə edirik.
-
3Hərəkələrlə tanışlıq: Fəthə
Ərəb dilində oxumağı öyrənmək üçün sadəcə əlifbanın hərflərini bilmək kifayət deyil. Ərəb mətnlərində hərflər hərəkələrlə birlikdə gəlir. Ərəb dilində üç hərəkə var. Bunlar qısa sait səslərdən ibarətdir. Bu dərslərdə siz sözügedən hərəkələrdən biri - "fəthə" ilə tanış olacaqsınız.
-
4Sözün əvvəlində, ortasında və sonunda ərəb hərflərinin yazılma qaydaları
Bu bölümdə siz, sözdə hərflərin müxtəlif yazılış formalarını öyrənəcəksiniz. Siz, ərəb dilində ilk sözlərinizi oxuyacaq və yazacaqsınız. Çoxsaylı praktik tapşırıqlar və testlər sizin biliklərinizi möhkəmləndirəcək.
- 1Əlif hərfinin düzgün yazılışı
- 2ب ت ث hərflərinin düzgün yazılışı
- 3ج ح خ hərflərinin düzgün yazılışı
- 4د ذ hərflərinin düzgün yazılışı
- 5ر ز hərflərinin düzgün yazılışı
- 6س ش hərflərinin düzgün yazılışı
- 7ص ض hərflərinin düzgün yazılışı
- 8ط ظ hərflərinin düzgün yazılışı
- 9ع غ hərflərinin düzgün yazılışı
- 10ف ق hərflərinin düzgün yazılışı
- 11ك ل hərflərinin düzgün yazılışı
- 12م ن hərflərinin düzgün yazılışı
- 13ه و hərflərinin düzgün yazılışı
- 14ي hərfinin düzgün yazılışı
- 15Bəzi hərflər yazılışda bənzərdir.
-
5Fəthəli söz və cümlələrin oxunması
Bu bölümdə siz oxumağa başlayacaqsınız. Beləliklə, sizin biliklər asandan çətinə doğru tədricən oxumaq üçün kifayət qədərdir.
Öncə biz fəthəli sadə sözlərin oxunuşunu öyrənəcək, sonra qısa ifadələrə keçəcək və daha sonra uzun cümlələrlə bu bölümü bitirəcəyik.
-
6Hərəkələrlə tanışlıq: Kəsrə
Bu bölümün dərslərində siz ərəb dilinin ikinci hərəkəsi - kəsrə ilə tanış olacaqsınız. Siz əlifbanın bütün hərflərinin bu hərəkə ilə oxunuşunu öyrənəcək və eyni zamanda tələffüz zamanı yol verilən yayılmış yanlışlıqlarla tanış olacaqsınız.
-
7Fəthə və kəsrə hərəkəli söz və cümlələrin oxunması
Bu bölümdə siz iki hərəkə - fəthə və kəsrəli söz və cümlələrin oxunuşunu öyrənəcəksiniz.
-
8Hərəkələrlə tanışlıq: Dammə
Bu bölümdə siz ərəb dilinin üçüncü hərəkəsi - "dammə" ilə tanış olacaqsınız.
-
9Fəthə, kəsrə və dammə hərəkəli söz və cümlələrin oxunması
Allahın izni ilə siz artıq ərəb dilinin bütün hərəkələrini öyrəndiniz. Artıq siz söz, cümlə və hətta Qurandan ayələri cəsarətlə oxuya bilərsiniz.
-
10Əlif hərfli məd (uzatma)
Bu bölüm "məd" mövzusuna, yəni uzatmaya aiddir. Siz artıq istənilən hərəkəli söz və ya cümlələri oxumağı öyrəndiniz. Gözəl qiraətin mühüm hissələrindən biri olan - məd ilə tanışlıq vaxti gəlib çatdı. Məd sait səsin iki hərəkə miqdarında uzadılmasına deyilir. Bunların sayı üçdür. İlk məd hərfini öyrənək - Əlif
-
11ي hərfli məd (uzatma)
Öncəki bölümlərdə siz əlif hərfli məd anlayışını öyrəndiniz. Bu bölümün mövzusu - ي hərfli məd.
-
12و hərfli mədd (uzatma). İki hərəkə miqdarından uzun məd
Öncəki bölümlərdə biz ا və ي uzatma hərfləri haqqında öyrəndik. Bu bölümün dərslərində biz daha bir məd hərfi و haqqında öyrənəcəyik. Həmçinin iki hərəkə miqdarından daha uzun olan bəzi məd formaları ilə tanış olacağıq.
-
13Sükunlu hərflər
Sükun - bir növ hərəkənin əksidir. O, sait səsin olmamasını göstərir. Hər bir hərf sükunlu olarkən özünəməxsus xüsusiyyətə malikdir. Buna görə, onları düzgün tələffüz etməyi öyrənmək lazımdır.
-
14Şəddə. Şəddəli hərflər
Şəddə (شدّة) ikiləşməni göstərir.
Üzərində şəddə olan hərf iki hərfdən ibarətdir, birincisi sükun, ikincisi isə hərəkəli. Şəddə bir sözdə yan-yana gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır.
Bu bölümdə siz:
- Şəddəli hərflər haqqında hər şeyi biləcək və onları düzgün tələffüz etməyi öyrənəcəksiniz.
- Şəddəli ن və م hərfləri ilə əlaqəli qaydalarla tanış olacaqsınız
- Təcvidin vacib terminlərindən olan ğunnə (غنّة) haqqında biləcək və onun düzgün tələffüzünü öyrənəcəksiniz.
-
15Həmzənin növləri. Birləşdirici və ayirici həmzə
Həmzə iki cür olur: ayırıcı və birləşdirici.
Ayirici həmzə (ərəbcə همزة قطع) hər zaman yazılır və oxunur. Məs. يَأۡكُلُونَ və ya قَدۡ يَئِسُواْ.
Birləşdirici həmzə (ərəbcə همزة وصل) ilk hərfi sükun olan sözün oxunuşunu asanlaşdırır. Ayırıcı həmzəni göstərən işarə belə yazılır: ٱ
Bu dərsdə siz birləşdirici həmzə ilə əlaqəli qaydaları öyrənəcək və onu təcrübədə tətbiq edəcəksiniz:
- birgə oxumada birləşdirici həmzə
- iki sözün birgə oxunuşu; birinci söz məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır.
- müəyyən artikldə birləşdirici həmzə haqqında
- digər sözlərdə birləşdirici həmzə haqqında
-
16ل hərfi müəyyən artikldə
Bu dərsdə siz müəyyən artikldə ل hərfinin növlərini öyrənəcəksiniz.
ل hərfi müəyyən artikldə iki cür olur: qəməri və şəmsi
Qəməri ل hərfi (ər.لَام قَمَرية ) yazılır və oxunur, amma növbəti hərf ikiləşmir, məs. ٱلۡبُيُوتَ
Şəms hərfi ل yazılır amma oxunmur, amma növbəti hərf ikiləşir, məs. ٱلتَّكَاثُرُ
Bundan başqa siz Allah (ٱللَّهُ ) sözünün tələffüzü və yazılışındakı özəllikləri biləcək, bu sözdə ل hərfinin qalınlıq və incəlik halları ilə tanış olacaqsınız.
-
17Tənvin
İsim və sifətin qeyri-müəyyənliyini göstərmək üçün ərəb dilində "tənvin" anlayışı mövcuddur.
Tənvinin üç növü var: tənvin damm, tənvin kəsr və tənvin fəth
Müəyyən artikl və tənvin eyni sözdə rast gəlinə bilməz.
-
18Quran qiraəti zamanı fasilə vermə
Bu bölüm Quran qiraəti zamanı düzgün şəkildə fasilə verməyə həsr olunub.
Fasilə vermə qaydalarını bilmədən Quranı düzgün oxuya bilməzsiniz. Bu ana qədər siz sözləri, söz birləşmələri və ayələri elə oxuyurdunuz ki, sanki oxumanı fasilə vermədən davam edəcəksiniz. İlk mərhələdə tədrisi mürəkkəbləşdirməmək üçün belə edilirdi. İndi isə siz bütün mühüm mövzuları həm nəzəri, həm də praktik baxımdan yaxşı bilirsiniz və siz fasilə vermə qaydalarını öyrənməyə hazırsınız.
Quran qiraətində xüsusi qaydalar var ki, bunlara əsasən fasilə zamanı sözlərin sonluqları dəyişir. Dİqqət edin ki, Quranda fasilə həm ayənin sonunda, həm də ortasında baş verə bilər. Harda fasilə vermənizdən asılı olmayaraq, qaydaları dəqiq şəkildə tətbiq etməlisiniz.
- 1Durma zamanı son hərəkəsi sükuna çevrilən sözlər
- 2Durma zamanı sonluğu Əlif məd hərfinə çevrilən sözlər
- 3Durma zamanı sonluğu sükunlu ه hərfinə çevrilən sözlər
- 4Durma zamanı sonluğu dəyişməyən sözlər
- 5Üzərində sükun olduğu halda ر hərfində oxumanı durdururkən tələffüz
- 6Durma və "məd lin"
- 7Quranda fasilə vermə işarələri
- 8Durma. Çalışma və praktika
-
19Məcburi uzatma
Bu bölümdə uzatmanın daha bir növü haqqında danışacağıq. Bu məcburi uzatmadır (ər. مد لازم "məd lazım"). )
Siz bunları öyrənəcəksiniz:
- məcburi məd anlayışı və onun əlamətləri
- onun uzadılma miqdarı
- praktik məşğələ ilə tərkibində məcburi məd olan sözlərin düzgün oxunmasını
-
20Quranın kiçik surələrini oxuyur və əzbərləyirik.
Artıq siz birbaşa mushafdan oxumağa hazırsınız. Bu bölümdə siz istiazə və bismillahın düzgün oxunmasını öyrənəcək, Qurandan 7 kiçik surə öyrənəcək, həmçinin mushafda lazımi səhifə, surə və ayəni necə tapmaq lazım olduğunu biləcəksiniz.
- 1İstiazə və bismillah sözlərinin düzgün tələffüzünü öyrənək.
- 2Mushafda səhifələri, ayə və surələri necə tapmalı
- 3Əl-Kövsər surəsini oxuyuruq və əzbərləyirik.
- 4Əl-Fatihə surəsini oxuyuruq və əzbərləyirik.
- 5Əl-İxlas surəsini oxuyuruq və əzbərləyirik.
- 6Əl-Fələq surəsini oxuyuruq və əzbərləyirik
- 7Əl-Nəs surəsini oxuyuruq və əzbərləyirik.
- 8Əl-Nəsr surəsini oxuyuruq və əzbərləyirik.
- 9Ət-Təkəsur surəsinin oxunması və əzbərlənməsi
-
21