Quran qiraətinin əxlaqı

Gəlin Quran qiraəti zamanı əməl ediləcək bəzi əxlaq qaydalarını xatırlayaq: • Mümkün olduğu qədər qibləyə yönələrək oturmaq. • Oxumazdan öncə dişləri təmizləmək və ya misvak istifadə etmək. • Dəstəmaz almaq • Paltar və vücud təmiz olmalıdır • İtaətkar şəkildə düşünərək və təfəkkür edərək oxumaq • Qəlbin iştirakı, oxunanların qəlbdə əks olunması, öz-özünlə danışmağı tərk etmək. • Qiraəti səsin təravəti ilə yaxşılaşdırmaq (amma nəğmə şəklində deyil) əgər adamın səsi yaxşı deyilsə bunu bacardığı qədər etmək. • Qiraət zamanı gülməmək, əylənməmək, diqqəti ayıran şeylərə baxmamaq. Allah təalanın “Bu Quran sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! ” ayəsini unutmadan, təfəkkür edərək oxumaq lazımdır. • Lənətlənmiş şeytandan Allaha sığınmaq (“istiazə”)