Ramazan ayına necə hazırlaşmalı? On praktik məsləhət.
Öyrənməyə başlamaqRəvayət olunur ki, keçmiş nəsillərdən olan bəzi möminlər Ramazan ayına qədər yaşama imkanına malik olmaq üşün 6 ay əvvəlcədən başlayaraq Allaha dua edir, yalvarırdılar...
Obrazlı desək, Ramazan ayında biz ilin yerdə qalan hissəsini imanla, saleh əməl etməklə, yetərli qaydada keçirmək üçün "enerji" toplayır, habelə, ruhumuza müdaxilə edən hər cür nəfsani istəklər, şəhvət və günahlara qarşı mətanətimizi möhkəmləndiririk.
Ramazan ayında oruc tutmaq - Rəbbimiz üçün edilən ən önəmli ibadətlərdən biridir. Biliklər əsasında edilən ibadət, şübhəsiz, Allahın rizasına və mükafatlarınızın dəfələrlə artmasına səbəb olacaq.
"Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir..." (Hədid surəsi 20)
"Həqiqətən də əməllər niyyətə görədir, hər kəsə niyyətinə görə veriləcək..."
"Əgət insan yalan danışmağı və yalan üzrə əməl etməyi tərk etməyəcəksə, onun yeməkdən və içməkdən imtina etməsi Allaha lazım deyil."
"İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir..." "Bəqərə" surəsi 185
"...Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" "Nur" surəsi 31
"... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz." "Bəqərə" surəsi 185
"...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin..." Maidə surəsi 2