Dərsin qaydalarını yadda saxla

ر hərfinin yumşaq və ya qalınlığının bəzi halları

ر hərfi əsasən yumşaq hərfdir. Lakin bəzən o qalın oxunur.

    • ر hərfinin hərəkəli tələffüzü*

    ر hərfi fəthə və dammə hərəkələri ilə adətən qalın tələffüz edilir. Məsələn:

رَوَٰسِيَ

يُهَاجِرُ

Kəsrə ilə hərəkələnən ر hərfi incə oxunur:

وَارِدُهَا

-ر hərfinin sükunlu tələffüzü

ر hərfi sükunlu olarkən onun qalın və ya incə tələffüz olunması öncəki hərfin hərəkəsindən asılı olur.

Əgər öncəki hərf fəthə və ya damməlidirsə sükunlu ر hərfi qalın oxunur: أَرۡ أُرۡ

Gəlin nümumələri nəzərdən keçirək:

تَرۡكَنُ nümunəsində ra hərfinin üstündə sükun var. Onun tələffüzünü müəyyən etmək üçün öncəki hərfin hərəkəsinə baxmaq lazımdır. ر hərfindən öncə gələn ت hərfi fəthəlidir. Deməli ر hərfi qalın oxunmalıdır.

İkinci nümunə:

سَأُرۡهِقُهُۥ bu sözdə də ر hərfi sükunludur. Öncəki hərf isə damməli həmzədir. Deməli sükunlu ر hərfi qalın olacaq.

Gəlin indi də sükunlu ر hərfindən öncə kəsrəli hərfin gəldiyi nümunəyə baxaq: إِرۡ

Nümunə:

يَغۡفِرۡ sözündə sükunlu ر hərfi var və öncəki ف hərfi kəsrəlidir. Bu o deməkdir ki, sükunlu ر hərfi incə oxunacaq.


Bütün haqlar qorunur. "Başlayanlar üçün təcvid" kursunun materiallarından HolyQuranAcademy©

Bu səhifəyə şərh


Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.