Təcvid elmi haqqında

Təcvid - Quran ayələrinin ərəb dilində Peyğəmbər əleyhissalatu vəssələmin oxuduğu şəkildə düzgün tələffüz edilməsini öyrədən elmdir.

Təcvidin məqsədi bəzilərinin düşündüyü kimi tələffüzü çətinləşdirmək deyil. Əksinə, o Quranın oxunması və anlaşılmasını asanlaşdırır. Bu elm Quranın mənasının təhrif olunmaması üçün tələffüzünü yaxşılaşdırılması və yanlışların aradan qaldırılması məqsədi güdür.

Bununla bərabər, təcvid Quranın yadda qalmasını da asanlaşdırır. Quranı əzbərləmək istəyən hər bir şəxs təcvidi öyrənməli və ayələri düzgün tələffüz etməlidir.

Beləliklə, biz anlayırıq ki, təcvid Quranın anlaşılan şəkildə öyrənilməsi üçün əsas yer tutur. Eyni zamanda o düzgün oxuma, əzbərləmə və anlama üçün mühümdür.