‎ذ‎ hərfinin tələffüzü və yazılışı/ dişlər arası tələffüz olunan ‎ث‎ ‎ذ‎ hərflərinin tələffüzünün müqayisəsi

Bu dərsdə biz ərəb əlifbasının növbəti hərfi ذ öyrənəcəyik. Bu hərf incədir və cingiltilidir.

Bu hərfin digər xüsusiyyəti budur ki, bu hərf dişlər arası tələffüz olunur. Öncə biz dişlər arası tələffüz olunan bir hərf öyrənmişdik - ث. Bu dərsdə biz hər iki hərfin tələffüzünü müqayisə edərək bənzərlik və fərqləri öyrənəcəyik.