-
1"Ərəb əlifbası" bölümü haqqında
Maraqlı və mühüm bölümü öyrənməzdən öncə, aşağıdakı suallara cavab verək:
- Hansı nəticələri gözləyirik?
- Bölümü bitirdikdən sonra hansı bacarıqlar əldə edəcəyik?
- Nə etmək lazımdır?
-
2ا hərfi
Gəlin, ərəb əlifbası ilə tanış olaq. İlk hərf "əlif" adlanır. Bu şəkildədir: ا
-
3ب ت ث hərfləri
Bu bölüm ərəb əlifbasının ب ت ث hərflərinə həsr olunub. Sizin də gördüyünüz kimi, onlar bir-birlərinə bənzəyir. Sadəcə nöqtələrə görə fərqlənirlər.
-
4ج ح خ hərfləri
Bu bölümdə siz növbəti hərfləri - ج ح خ öyrənəcəksiniz. Siz onların necə düzgün yazılmasını, tələffüzündəki bəzi xüsusiyyətləri biləcəksiniz. ج ح hərfləri incədir, خ hərfi isə qalındır. Bundan başqa ح və خ hərflərinin tələffüzlərini çox zaman qarışdırırlar.
- ج hərfinin tələffüzü və yazılışı
- Köçürmək ج hərfi
- ح hərfinin tələffüzü və yazılışı
- Köçürmək ح hərfi
- خ hərfinin tələffüzü və yazılışı
- Köçürmək خ hərfi
- ج ح خ hərflərinin yazılışında bənzərlik / ح خ hərflərinin tələffüzündə bənzərlik
- ج ح خ hərflərinin yazılışı
- İmla ا - ج
- Mövzunun təsbiti: ج ح خ hərfləri
-
5د ذ hərfləri
Bu bölümdə siz ərəb əlifbasının iki hərfi - د ذ öyrənəcəksiniz. Siz bu hərflərin yazılışı və tələffüzü haqqında ətraflı məlumat alacaq, onların tələffüzü ilə bağlı geniş yayılmış səhvlərdən xəbərdar olacaqsınız. Bölümün sonundakı test tapşırıqları sizə əldə edilmiş biliklərin yoxlanılması imkanı verəcək.
-
6ر ز hərfləri
Bu bölümdə siz əlifbanın daha 2 hərfi - ر və ز öyrənəcəksiniz. Bu hərflər yazılışda çok bənzərdirlər, sadəcə nöqtəyə görə fərqlənirlər. Tələffüzlə bağlı hər iki hərfin özünəməxsus xüsusiyyətləri var. Məsələn, ز hərfi vıyıltılı hərflərə aiddir.
-
7س ش hərfləri
Bu bölümün dərsləri س ش həsr olunub. Bu hərflər tələffüzdə bəzi xüsusiyyətlərə malikdir. س hərfi vıyıltılı, ش hərfi isə fışıltılı hərfdir. Həmçinin, yazılışa görə bu hərflər bənzərdir.
-
8ص ض hərfləri
Bu bölümdə siz əlifbanın növbəti hərfləri ص və ض öyrənəcəksiniz. Bu hərflər qalındır. ض hərfi sadəcə ərəb dilində mövcud olan unikal səs verir. Buna görə bəzən ərəblər deyir ki, ərəb dili "ض hərfinin dilidir".
-
9ط ظ hərfləri
ط və ظ hərfləri bu bölümün mövzusudur. ط hərfi ərəb dilinin ən qalın və möhkəm hərfidir. Yeni başlayan tələbələr çox zaman bu hərfi ت ilə qarışdırırlar.
ظ hərfi də qalın hərfdir. Yazılışa görə ط hərfinə bənzəyir və sadəcə nöqtə ilə fərqlənir. Bu hərfin bir başqa xüsusiyyəti budur ki, dişlər arası tələffüz olunur və onun tələffüzündə vıyıltı olmamalıdır.
-
10ع غ hərfləri
Bu bölümün mövzusu ع غ boğaz hərfləridir. Yazılış və tələffüzünə görə bənzər olduqlarından yeni öyrənənlər tez-tez bu hərfləri qarışıq salır. ع hərfi incə, غ hərfi isə qalındır.
-
11ف hərfi
Bu bölüm ərəb əlifbasının növbəti hərfi - ف həsr olunub. Bu bölümü öyrəndikdən sonra siz, ف hərfini düzgün tələffüz edib, yaza biləcək, onun bəzi xüsusiyyətlərini yadda saxlayacaqsınız.
-
12ق hərfi
ق hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Sonda — təsbit testi.
-
13ك hərfi
ك hərfinin tələffüzü və yazılışı, onun ق hərfi ilə müqayisəsi. Yaddaş vərəqi, yazı məşqi və təsbit testi.
-
14ل hərfi
ل hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. ا-dan ل-a qədər hərflər üzrə imla və test.
-
15م hərfi
م hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Sonda — təsbit testi.
-
16ن hərfi
ن hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Sonda — təsbit testi.
-
17ه hərfi
ه hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Sonda — təsbit testi.
-
18و hərfi
و hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. ا-dan و-a qədər hərflər üzrə imla və test.
-
19ء hərfi
ء (həmzə) hərfinin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Sonda — təsbit testi.
-
20ى hərfi
Əlifbanın son hərfi olan ي-nin tələffüzü və yazılışı: videodərs, yaddaş vərəqi və yazı məşqi. Bütün hərflər üzrə imla və test.
-
21Ərəb əlifbası: təcrübə və təsbit
Əlifbanı möhkəmləndiririk: hərfləri sıra ilə oxuyur, tələffüzü oxşar olanları (ح خ ه və dişarası ث ذ ظ) müqayisə edir, qalın hərfləri və həmzənin dayaqlarını öyrənirik.
- Əlifba hərflərini ardıcıllıqla oxumaq.
- ح خ ه hərfləri tələffüzdə bənzərlik və fərqlər
- Dişlər arası tələffüz olunan hərflər: ث ذ ظ
- Ərəb əlifbasının qalın hərfləri
- Həmzə hərfi altına qoyulan hərflər
- "Ərəb əlifbası" yazılış
- Ev tapşırığı: Əlifba
- Ərəb dili və Təcvid elmi
- Ərəb əlifbası üzrə imla
- Ərəb əlifbası üzrə materialın təsbiti