Dərsin qaydalarını yadda saxla

Məd hərfi ي

*Hansı hallarda ي hərfi məd olur?**

ي hərfi aşağıdakı şərtlərə eyni zamanda əməl olunduqda məd hərfi olur:

Şərt 1 ي məd hərfinin üstündə və altında heç bir işarə olmamalıdır Yəni o boş olmalıdır.

Nümunələrə baxaq:

تِي

مِي

فِي

نِي

Bütün bu nümunələrdə ي hərfi boşdur.

Eyni zamanda bu sözlərə baxaq:

َقِيل

خَبِيرُ

قَدِيرُ
Bütün bu sözlərdə ي uzatma hərfidir, yəni məddir.

Şərt 2 ي hərfi o zaman məd olur ki, öncəki hərf ona yaxın olan hərəkəyə, yəni kəsrəyə malik olsun.

Nümunələr baxaq:

تِي

مِي

فِي

نِي Bütün bu nümunələrdə ي dən öncə gələn hərflər kəsrəlidir.

Beləliklə qayda aşağıdakı kimi olur:

ي hərfi o zaman məd olur ki, onun üstündə heç bir işarə yoxdur və ondan öncəki hərf kəsrə ilə hərəkələnib.

Yenə nümunələrə baxaq: ي

مِي

فِي

نِي

Bütün bunlar yuxarıda qeyd edilən şərtlərə uyğundur. İndi isə gəlin çalışma edək. Verilən nümunələrdə ي hərfinin məd olub olmadığını müəyyən edin.

حَيِيَ

مَتَيٰ

قِيلَ

بَرِئَ

أَبِي

حَيِيَ sözündə iki dənə ي hərfi var amma onların heç biri məd hərfi deyil. Birinci ي hərfi kəsrə, ikinci fəthə ilə hərəkələnib.

مَتَيٰ sözünə diqqətlə baxaq, ي hərfi burda da məd hərfi deyil. Ondan öncəki hərf fəthəlidir, habelə hərfin üzərində kiçik əlif var. Yəni burada ي sadəcə kiçik əlif üçün alt hərfdir.

قِيلَ bu sözdə ي hərfi məddir. Öncəki hərf kəsrəlidir, ي üstündə isə heç bir işarə yoxdur.

بَرِئَ diqqət etsəniz görərsiniz ki, ي hərfinin üstündə fəthəli həmzə var, deməli ي bu halda həmzə alt hərfi olub.

أَبِي sözündə ي hərfi məddir, çünki bütün şərtlərə uyğundur. Üstündə hərf yoxdur və kəsrə ilə hərəkələnməyib.


Bütün haqlar qorunur. "Başlayanlar üçün təcvid" kursunun materiallarından HolyQuranAcademy©

Bu səhifəyə şərh

Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.