Dərsin qaydalarını yadda saxla

و uzatma hərfi

و hərfi aşağıdakı 2 şərtə əməl olunduğunda uzatma hərfi olur.

Şərt 1 و hərfinin üstündə və altında heç bir işarə olmur, yəni o boş olur.

Nümunələrə baxaq:

تُو مُو غُو فُو

Bu nümunələrdə و hərfi boşdur.

Eyni zamanda aşağıdakı sözlərə baxaq:

أَعُوذُ

بَنُونَ

Bu sözlərdə də و hərfi uzatma hərfidir, yəni məd.

Şərt 2 و hərfi o zaman məd olur ki, ondan öncəki hərf ona yaxın hərəkə ilə - dammə ilə hərəkələnsin.

Nümunələrə baxaq:

مُو غُو فُو

Burada و dan öncəki hərflərin hamısı damməlidir.

Qayda: و hərfi o zaman məd olur ki, onun üstündə heç bir işarə olmur və ondan öncəki hərf damməli olur.

Yenə nümunələrə baxaq:

أَعُوذُ

بَنُونَ

Bunlar yuxarıda qeyd olunan şərtlərə uyğundur.

Gəlin indi də çalışma yerinə yetirək. Bu sözlərdə و hərfinin məd olub olmadığını müəyyən edin:

يَقُولُ وَمَنَوٰةَ هَاؤُمُ رَسُولُ وَرَدَ

يَقُولُ sözündə و hərfi uzatma hərfidir çünki hər iki şərtə əməl olunub. Üstündə işarə yoxdur, öncəki hərf damməlidir.

Növbəti وَمَنَوٰةَ sözündə و hərfi məd deyildir. Öncəki hərf fəthəlidir və و üstündə kiçik əlif vardır. Burada و sadəcə kiçik əlif üçün alt hərfdir.

Bir sonrakı nümunədə - هَاؤُمُ sözündə و hərfi məd deyildir. Onun üstündə həmzə var, deməli burada و hərfi sadəcə həmzə üçün alt hərfdir.

رَسُولُ sözündə vav hərfi məddir. Öncəki hərf damməlidir, و üstündə isə heç bir işarə yoxdur.

وَرَدَ burada و hərfi məd deyildir, üstündə fəthə hərəkəsi var.


Bütün haqlar qorunur. "Başlayanlar üçün təcvid" kursunun materiallarından HolyQuranAcademy©

Bu səhifəyə şərh


Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.