- Kurslar
- Başlayanlar üçün təcvid
- Sükunlu hərflər
- Sükunlu hərflər. Giriş
- Dərsin qaydalarını yadda saxla
Sükunlu hərflər
- Sükun necə işarələnir?
Qurandakı sükun işarəsi başqa ərəb kitablarındakından fərqlənir. Ərəb kitablarında sükun aşağıdakı kimi, hərf üstündə kiçik dairə şəklindədir:
شْ لْ غْ
Quranda sükun bir az başqa şəkildədir:
شۡ لۡ غۡ
Bu işarə خ hərfinin yuxarı hissəsinin nöqtəsiz halına bənzəyir.
Bu şəkildə işarəni Xəlil ibn Əhməd əl Fərahidi adlı alim (Allahın rəhməti ona olsun) icad edib. Bu işarə "əl-Xəfif" yəni "asan" sözündən irəli gəlir.
- Sükunlu hərflərin tələffüz xüsusiyyətləri
Sükun - bir növ hərəkələrin əksidir. O sait səsin yoxluğunu göstərir.
أَ شۡ Sükunlu hərfin oxunuşunu asanlaşdırmaq üçün sükunlu hərfdən öncə hərəkəli həmzə qoyacağıq.
Hərəkəli və sükunlu hərflərin tələffüzünü müqayisə edin.
شَ شِ شُ أَشۡ
Bütün haqlar qorunur. "Başlayanlar üçün təcvid" kursunun materiallarından HolyQuranAcademy©