Quran Akademiyasında siz Müqəddəs Kitabı və ərəb dilini istənilən səviyyədən başlayaraq öyrənə bilərsiniz. Artıq bütün dünyada milyonlarca insan Quranı öyrənİrlər. Öyrənin və biliklərinizi paylaşın!
Effektli motivasiya üsulları materialı daha sürətli mənimsəməyə imkan verir. İnformasiyanın bir birindən fərqli təqdinm olunma formaları və fərdi yanaşma müxtəlif qavrama kanallarını hərəkətə keçirir, təlimi maraqlı edir və onu sizin bilgiləriniz, məqsədləriniz və maraqlarınıza kökləyir. Siz əyani şəkildə əldə edilən nəaliyyətləri görürsünüz
Ərəb dilini azərbaycan dilində öyrənmək üçün dərsliklər çox azdır, ona görə də, ərəb dilini Quran Akademiyasında online öyrənmək ən yaxşı qərardır. Hər şey ərəb əlifbasının öyrənilməsi ilə başlayır (yeni başlayanlar üçün ərəb dili). Əsas vərdişlərə yiyələnmiş şəxslər və Quran ərəbcəsi öyrənənlər üçün ərəb dili dərsləri hazırlanma mərhələsindədir. Ərəb ölkələrinə tez-tez səyahət edənlər və ya ora köçməyi planlaşdıranlar üçün ərəb dili öyrənmək məsləhət olunur.
Siz təlimi, hazırda olduğunuz səviyyədən başlayırsınız: proqram həm yeni başlayanlar, həm də artıq uzun müddət ərəb dili və Quranı öyrənənlər üçün nəzərdə tutulub. Bütün bunlar tamamilə ÖDƏNİŞSİZDİR!
Quran bilicilərinin hazırladığı audio, video və digər materiallardan ibarət nadir kitabxana sizlərə maraqlandığınız materialları seçmək imkanı verir. Məqsədiniz, marağınız və bacarığınızdan asılı olaraq təhsil üzrə fərdi məsləhətlər alın. İnteraktiv təlimlər materialın mənimsənilməsini ikiqat artırır.
Ərəb dilində 240 milyona yaxın insan danışır. Quran hafizlərinin, ilahiyyatçıların, elm tələbələrinin və sadəcə, ərəb dilində danışanların əhatəsində siz daha effektiv öyrənir və nəinki sözləri, hətta, onların düzgün tələffüzünü daha tez yadda saxlamış olursunuz. Ərəbdilli qrupda ünsiyyətdə olmaq əldə olunmuş bilik və vərdişləri daim təkmilləşdirməyə kömək edir.
Yeni məlumatların yadda saxlanılması, tez və effektli şəkildə mənimsənilməsi üçün nəzərdə tutulan çoxlu sayda unikal vasitələr təhsili sona qədər davam etdirməyə kömək edir. Qrammatikanın yoxlanılması üçün avtomatlaşdırılmış testlər, tələffüzlər, təfsir və elmi faktlar üzrə biliklər: üşaqlar üçün, böyüklər üçün, ekspress kurs, tənbəllər üçün, dərinləşdirilmiş kurs və s.
Unikal metod və vasitələr hər bir tələbənin nəticələrini izləmək, bu və ya digər tələbəyə geri qaldığı fənlərdə yardım edərək irəli çəkmək imkanı verir. Dərs prossesinin cədvəli, çoxsaylı testlər və elektron gündəlik kimi vasitələr vaxta çox qənaət edir, şagirdlərin qazandığı bilikləri yoxlamaq və qiymətləndirməyə ehtiyac qalmır.
Quran öyrənməyə kiçik yaşlardan başlayın. Uşaqlar informasiyanı "süngər" kimi çəkir və dərhal əldə etdikləri informasiyanı tətbiq etməyə başlayırlar. Akademiyada fənlər üzrə əldə edilərn nailiyyətlərə görə uşaqları təhsilə həvəsləndirən sistem hazırlanır (nişanlar, medallar və reytinqlər). Siz övladınızın müvəffəqiyyətlərini izləyə bilərsiniz.
Elm bir-birinə bağlı üç həlqənin mövcudluğunda əsl elmə çevrilir: müəllim, tələbə və tələbənin tələbəsi. Quran Akademiyasında siz nəinki təhsil alıb, təhsil verə bilər, həmçinin, öz biliklərinizi bölüşərək və onları sonra gələnlərə ötürərək, öz sahənizdə əsl ekspert ola bilərsiniz.