Quran Akademiyasının imkanları

Bununla artıq indi işləmək olar

Quran Akademiyasının üzərində işləyənlər eyni zamanda bir neçə tədris mexanizmini həyata keçirməyə çalışırlar, bu mexanizmlərin hər biri mürəkkəbliyinə görə ayrıca bir layihə sayıla bilər. Hazırda biz inkişafımızın ən erkən mərhələsindəyik, buna baxmayaraq siz hazırladığımız bir çox vasitələrdən istifadə imkanına sayib ola bilərsiniz.

Quran oxunması

Biz Müqəddəs Quranı oxumaq üçün ən əlverişli vasitələrdən birini təklif etməyə çalışırıq. Siz artıq bu andan etibarən başqa yerdə tapa bilməyəcəyiniz bir sıra nadir imkanlardan bəhrələnə bilərsiniz.

  • sözlərin hər birinin sətiraltı tərcüməsi . Qurandakı hər bir sözün tərcüməsini sizə uyğun olan dildə görə bilərsiniz. Hazırda tamamilə bitmiş olan Rus dilində tərcümə var, ingilis dilində tərcümə sayta yüklənib. Quranın başqırd, tacik, azərbaycan və türk dili tərcümələri üzərində işlər davam edir.
  • Təfsirlər çoxluğu. Siz ərəb dilində məşhur olan yeddi təfsirdən birini, habelə rus dilində məşhur olan iki təfsiri - Əl Muntəxab və Əs-Saadi əldə etmək imkanına maliksiniz. Bizim könüllülər saytda ibn-Kəsirin təfsirinin tərcüməsini yerləşdirmək üzrə işlər aparırlar.
  • Təcvid qaydalarının fərqləndirilməsi. Quran oxumağı daha tez öyrənməniz üçün təcvid qaydaları haqqında yardımdan istifadə edə bilərsiniz. Kursoru hər hansı fərqli rəngli hərfin üzərinə gətirməklə qayda görünəcək.
  • Quran üzrə fərqli naviqasiya. Siz görünüşlər üzrə fərqli rejimləri istifadə edə bilərsiniz: Quranı ayələr, surələr, rublar, hizblər və ya cüzlər üzrə oxuya bilərsiniz. Həmçinin siz arasıkəsilməz qiraət rejimini işə sala bilərsiniz, bu zaman ayələr axıcı şəkildə gələrək oxunma imkanı verir.

Ərəb dili və təcvid üzrə kurslar

Biz interaktiv tədris kursları üzərində çalışırıq, burada video dərslər, sizin biliklərinizi yoxlamaq üçün suallardan ibarət testlər nəzərdə tutulub. Kursu bitirdikdən sonra master testdən keçmək faydalı olar, burada siz kurs üzrə aldığınız bütün bilikləri sınaqdan keçirə bilərsiniz.



Əzbərləmək

Bu bölüm bir az Quran lüğətinə bənzəyir. Amma burada siz Müqəddəs Quranın ayələrini sürətlə əzbərləmək imkanı verən metodlarla işləmək fürsəti qazanırsınız.

Hazırda aşağıdakı əzbərləmə metodları istifadə üçün açıqdır:

  • Ayəni bitirmək. Sizə qismən boş xanələri olan ayələr təqdim olunur. Sizdən boş xanələrə buraxılmış sözləri düzgün qoymaq tələb olunur.
  • Dinləmək və sözləri yerinə qoymaq. Sizə ayəni dinləmək imkanı verilir. Sonra sizdən ayənin sözlərini düzgün sırada doldurmaq tələb olunur.
  • Sözləri tərcüməyə uyğun şəkildə yerləşdirmək Sizə boş buraxılmış xanalar təqdim olunur. Sizdən ayənin sözlərini tərcüməyə uyğun şəkildə uyğun boş xanalara qoymaq tələb olunur.