Məxfilik siyasəti
İstifadəçilərinə təhlükəsiz internet meydanı hazırlayan Quran Akademiyası (“Biz”, “Bizim”, “Bizə”) aşağıdakı informasiya məxfiliyi prinsiplərinə əsaslanır:
- Quran Akademiyası online təhsil üçün təhlükəsiz və etibarlı vasitənin qurulmasına mühüm əhəmiyyət verir.
- Bizim Akademiya heç bir şərt daxilində İstifadəçilərin şəxsi məlumatını üçüncü şəxslərə vermir, informasiyanın qorunmasına çox ciddi yanaşır.
- Biz istifadəçilərin verdiyi informasiyanı Akademiyanın reklamı və ticari gəlir əldə etmək üçün istifadə etmirik. Bizim məqsədimiz budur ki, bizim müəllimlərin zəngin təcrübəsini, müasir metod və alətləri istifadə etməklə, Müqəddəs Quranı, ərəb dilini və müqəddəs kitabımızın digər önənli hissələrini sizə öyrədək.
İnformasiyanın məxfiliyi
Məxfilik siyasəti saytımız vasitəsilə sizin bizə verdiyiniz məlumatları ehtiva edir. Sizi maraqlandıran bölümlərə giriş əldə etmək üçün siz haqqınızda informasiya verməlisiniz (yəni, sizin şəxsiyyəti identifikasiya etmək üçün gərəkli olan məlumatlar). Şəxsi informasiyaya aşağıdakılar aiddir:
- İstifadəçinin adı, soyadı
- Doğum tarixi
- Cinsi
- Elektron poçt ünvanı
- Əgər siz “İstifadəçi valideyni”-isəniz istifadəçi valideynin ad-soyadı
- Valideynlik və ya qəyyumluq haqqının təsdiqlənməsi (gərəkli sənədin surətinin əlavə olunması ilə)
- Əgər siz “İstifadəçinin repetitoru”-isəniz istifadəçinin ad-soyadı və sizə etibar edilmiş uşağın məlumatları, repetitorluğa dair icazə (valideynin sənədi və etibarnamənin surətləri)
- Əgər siz Quran Akademiyası ilə müqavilə əsasında çalışan müəllimsinizsə, təhsil müəssisəsinin adını, müqavilənin nömrəsini və müəllimin ad-soyadını qeyd edin.
Siz verdiyiniz bütün məlumatların düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırsınız. Yanlış məlumat vermək saytımızın bütün resurslarına giriş imkanına təsir edə bilər. Məsələn, əgər siz elektron poçt ünvanını yanlış göstərmişsinizsə, elektron poçt ünvanı bizim və istifadəçinin arasında əsas ünsiyyət vasitəsi olduğuna görə saytımızıdan istifadədə meydana çıxan çətinliklər zamanı sizə yardım edə bilməyəcəyik.
İnformasiyanın verilməsi
Şəxsi məlumatlarınızı bizim sayta verərkən siz qəbul edirsiniz ki, biz sizin haqqınızdakı informasiyanı hazırkı Məxfilik Siyasəti, İstifadə Qaydaları və qanunvericiliyə əsasən toplaya və istifadə edə bilərik. Əgər siz bu şərtlə razı deyilsinizsə, şəxsi informasiya təqdim etməyin. Əgər siz, informasiyanı verdikdən sonra fikrinizdən daşınaraq, sizdən tələb etdiyimiz informasiyaları vermək istəmədikdə, biz saytımızın resurslarına girişi təmin edə bilməyəcəyik.
Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyi
Sizin məlumatların məxfiliyi və təhlükəsizliyi bizim üçün birinci dərəcəli mühüm məsələdir. Biz standart texniniki və administrativ təhlükəsizlik yolları ilə sizin şəxsi məlumatınızın təhlükəsizliyini təmin edəcəyik. Bu məlumatlar üçüncü şəxslərə verilməyəcək, lakin hazırkı məxfilik siyasətinin tələblərindən irəli gələn hallar və ya sizin və ya başqa insanların həyatına təhlükəni aradan qaldırmaq üçün məlumatların aşkar edilməsi zərurətinin meydana çıxması istisnadır.
Biz daim təhlükəsizliyi yaxşılaşdırırıq ki, istifadəçi məlumatlarına qanunsuz və iznsiz giriş zamanı onların qanunsuz şəkildə istifadə olunmasına imkan verməyək. İstifadəçi məlumatlarının təhlükəsizliyi onların şifrlənməsi ilə təmin olunur; sistemə yalnız iznli giriş mümkündür; istifadəçi məlumatlarına giriş məhdudiyyəti mövcuddur; sistem 45 dəqiqədən daha çox istifadə olunmadıqda istifadəçi avtomatik olaraq sistemdən çıxarılır.
İnternet məkanı 100% təhlükəsiz yer olmadığından, biz zəmanət verə bilmərik ki, hər hansı üçüncü şəxs bizim təhlükəsizlik sistemindən yan keçərək, Sizin məlumatlarına giriş əldə etməyəcək. Diqqət edin, elektron poçt və ya digər yollarla saytımıza göndərdiyiniz məlumatlar bizə şifrələnmiş şəkildə gəlməsin.
Quran Akademiyasının təhlükəsizlik tədbirləri istifadəçiləri şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün zəruri addımların atılması məsuliyyətindən azad etmir: aşkar identifikasiya adlarını və şifrləri istifadə etməyin; şifri daim dəyişin və üçüncü şəxslərə bildirməyin; üçüncü şəxslərə sizin profil və şəxsi məlumatlarınıza giriş izni verməyin.
İstifadəçinin haqları
Əgər şəxsi məlumatlarınızın işlənməsi haqqında sual, şərh və qeydləriniz varsa siz bizə aşağıdakı linklə əlaqə saxlaya bilərsiniz.
?????
Bu link sizi Məxfilik Siyasəti haqqında səhifəyə yönəldəcək. Sizin sorğunuz Quran Akademiyasının müvafiq bölümünə göndəriləcək. Sizin bu haqlarınız var:
- Bizdə olan şəxsi məlumatlarınızın bir surətini əldə etmək
- Bizim arxivdəki şəxsi məlumatlarınızı düzəltmək, yeniləmək və ya silmək
- Sizin məlumatlarınızdan iznsiz istifadə haqqında məlumat vermək
Sizin sorğunuzla əlaqəli işlər üçün tam məlumat, ad verməniz xahiş olunur.
Bizim məxfilik siyasətində dəyişikliklər
Diqqət edin ki, Quran Akademiyası müəyyən şərtlər daxilində öz siyasətini dəyişə, ona bəzi korrektlər edə bilər. Hər bir dəyişiklik, yenilik haqqında əvvəlcədən saytımızda məlumat verəcəyik. Bizim resurslara tez-tez baş çəkməyə dəvət edirik ki, siz şəxsi məlumatlarınızın necə istifadə olunduğunu görəsiniz.