Surə 107 Əl-Maun (Maun), ayə 1 – 7

  1. أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ

    Dini yalan sayan o kimsəni gördünmü?

    107:1
  2. فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ

    O elə adamdır ki, yetimi qovar

    107:2
  3. وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

    və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.

    107:3
  4. فَوَيْلٌ لِلْمُصَلِّينَ

    Vay halına namaz qılanların –

    107:4
  5. الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ

    o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.

    107:5
  6. الَّذِينَ هُمْ يُرَاءُونَ

    Onlar riyakardırlar

    107:6
  7. وَيَمْنَعُونَ الْمَاعُونَ

    və az bir şey verməkdən belə imtina edirlər.

    107:7

Tərcümə: Əlixan Musayev