Surə 109 Əl-Kafirun (Kafirun), ayə 1 – 6

  1. قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ

    De: «Ey kafirlər!

    109:1
  2. لَا أَعْبُدُ مَا تَعْبُدُونَ

    Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,

    109:2
  3. وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

    siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

    109:3
  4. وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ

    Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,

    109:4
  5. وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

    siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

    109:5
  6. لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

    Sizin dininiz sizə, mənim dinim də mənədir!»

    109:6

Tərcümə: Əlixan Musayev