Surə 15 Hicr (Əl-Hicr), ayə 31 – 43

  1. إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ

    Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.

    15:31
  2. قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ

    (Allah) dedi: «Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?»

    15:32
  3. قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ

    (İblis) dedi: «Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!»

    15:33
  4. قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

    (Allah) dedi: «Oradan çıx! Artıq sən qovuldun.

    15:34
  5. وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ

    Haqq-hesab gününə qədər sənə lənət olacaqdır».

    15:35
  6. قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

    (İblis) dedi: «Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver».

    15:36
  7. قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ

    (Allah) dedi: «Sən möhlət verilənlərdənsən.

    15:37
  8. إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ

    Ancaq məlum vaxtın gününə qədər».

    15:38
  9. قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

    (İblis) dedi: «Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.

    15:39
  10. إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

    Yalnız Sənin seçilmiş, (ixlaslı) qullarından başqa».

    15:40
  11. قَالَ هَٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ

    (Allah) dedi: «Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.

    15:41
  12. إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ

    Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa».

    15:42
  13. وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ

    Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.

    15:43

Tərcümə: Əlixan Musayev