Surə 15 Hicr (Əl-Hicr), ayə 45 – 60

  1. إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ

    Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.

    15:45
  2. ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ

    (Onlara deyiləcək): «Oraya sağ-salamat və xatircəmliklə daxil olun!»

    15:46
  3. وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ

    Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar.

    15:47
  4. لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ

    Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.

    15:48
  5. نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ

    Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.

    15:49
  6. وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ

    Əzabım isə ağrılı-acılı əzabdır.

    15:50
  7. وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ

    Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.

    15:51
  8. إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ

    O zaman onlar İbrahimin yanına daxil olub: «Salam!» – dedilər. (İbrahim): «Biz sizdən ehtiyat edirik!» – dedi.

    15:52
  9. قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ

    (Mələklər): «Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!» – dedilər.

    15:53
  10. قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ

    (İbrahim) dedi: «Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?»

    15:54
  11. قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ

    Onlar dedilər: «Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!»

    15:55
  12. قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ

    (İbrahim) dedi: «(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?»

    15:56
  13. قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

    (İbrahim) dedi: «Ey elçilər! Vəzifəniz nədir?»

    15:57
  14. قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ

    Onlar dedilər: «Biz günahkar adamları (məhv etməyə) göndərilmişik;

    15:58
  15. إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ

    yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.

    15:59
  16. إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ

    (Lutun) arvadından başqa. Biz onun geridə (əzab içində) qalanlardan olmasına qərar verdik».

    15:60

Tərcümə: Əlixan Musayev