Surə 15 Hicr (Əl-Hicr), ayə 51 – 60
-
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ
Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
15:51 -
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
O zaman onlar İbrahimin yanına daxil olub: «Salam!» – dedilər. (İbrahim): «Biz sizdən ehtiyat edirik!» – dedi.
15:52 -
قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ
(Mələklər): «Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!» – dedilər.
15:53 -
قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
(İbrahim) dedi: «Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?»
15:54 -
قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ
Onlar dedilər: «Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!»
15:55 -
قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ
(İbrahim) dedi: «(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?»
15:56 -
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ
(İbrahim) dedi: «Ey elçilər! Vəzifəniz nədir?»
15:57 -
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ
Onlar dedilər: «Biz günahkar adamları (məhv etməyə) göndərilmişik;
15:58 -
إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.
15:59 -
إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ
(Lutun) arvadından başqa. Biz onun geridə (əzab içində) qalanlardan olmasına qərar verdik».
15:60
Tərcümə: Əlixan Musayev