Surə 16 Ən-Nəhl (Nəhl), ayə 1 – 7

  1. أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

    Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. (Allah) müşriklərin (Ona) qoşduqları şəriklərdən uzaqdır və ucadır.

    16:1
  2. يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ

    (Allah) Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: «(Qullarımı) qorxudub xəbərdar edin ki, Məndən başqa (ibadətə layiq olan) məbud yoxdur. Məndən qorxun!»

    16:2
  3. خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

    (Allah) göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.

    16:3
  4. خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ

    (Allah) insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi.

    16:4
  5. وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ

    Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün (bədəninizi) isti saxlayan (yun geyim) və (başqa) faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.

    16:5
  6. وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

    (Mal-qaranı) axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.

    16:6
  7. وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنْفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ

    Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz çox şəfqətlidir, rəhmlidir.

    16:7

Tərcümə: Əlixan Musayev