Surə 17 Əl-İsra (İsra), ayə 71 – 77
-
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ ۖ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَٰئِكَ يَقْرَءُونَ كِتَابَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا
O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.
17:71 -
وَمَنْ كَانَ فِي هَٰذِهِ أَعْمَىٰ فَهُوَ فِي الْآخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və üstəlik (haqq) yoldan daha çox azacaqdır.
17:72 -
وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ ۖ وَإِذًا لَاتَّخَذُوكَ خَلِيلًا
(Müşriklər) səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, (Qurandan) başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar.
17:73 -
وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا
Əgər Biz səni (dinində) sabit saxlamasaydıq, əlbəttə, azca da olsa onlara meyl edəcəkdin.
17:74 -
إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
Belə olacağı təqdirdə sənə həyatın və ölümün əzabını ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin.
17:75 -
وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا
(Müşriklər) az qala səni bu torpaqdan sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.
17:76 -
سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا
Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.
17:77
Tərcümə: Əlixan Musayev