Surə 17 Əl-İsra (İsra), ayə 85 – 93
-
وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۖ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا
Səndən ruh haqqında soruşurlar. De: «Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir».
17:85 -
وَلَئِنْ شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.
17:86 -
إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا
Ancaq Rəbbinin mərhəməti sayəsində (bunu etmədik). Doğrudan da Onun sənə olan lütfü böyükdür.
17:87 -
قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
De: «Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər».
17:88 -
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا
Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi.
17:89 -
وَقَالُوا لَنْ نُؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنْبُوعًا
Onlar dedilər: «Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik;
17:90 -
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خِلَالَهَا تَفْجِيرًا
və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca;
17:91 -
أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللَّهِ وَالْمَلَائِكَةِ قَبِيلًا
yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə;
17:92 -
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا
yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq». De: «Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi (göndərilmiş) bir insanam».
17:93
Tərcümə: Əlixan Musayev