Surə 19 Məryəm, ayə 2 – 6
-
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا
(Bu) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya (göstərdiyi) mərhəmətinin yada salınmasıdır.
19:2 -
إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا
Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib
19:3 -
قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا
demişdi: «Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) bədbəxt olmamışam.
19:4 -
وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا
Mən özümdən sonra gələn qohumlarımdan (bəzisinin) (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,
19:5 -
يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا
o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!»
19:6
Tərcümə: Əlixan Musayev