Surə 19 Məryəm, ayə 22 – 33
-
فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا
(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.
19:22 -
فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: «Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!»
19:23 -
فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا
(Məryəmin) aşağı tərəfindən [İsa və ya Cəbrail] onu səsləyib dedi: «Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.
19:24 -
وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
19:25 -
فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: «Mən Mərhəmətli (Allaha) oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam»».
19:26 -
فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا
(Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: «Ey Məryəm! Sən yaramaz [və ya görünməmiş] bir iş tutdun.
19:27 -
يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi».
19:28 -
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا
(Məryəm) uşağı göstərdi. Onlar dedilər: «Beşikdə olan körpə ilə necə danışaq?»
19:29 -
قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
(Körpə) (dil açıb) dedi: «Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.
19:30 -
وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا
Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.
19:31 -
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
Həm də (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi.
19:32 -
وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!»
19:33
Tərcümə: Əlixan Musayev