Surə 19 Məryəm, ayə 7 – 15
-
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا
(Ona belə vəhy olundu:) «Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!»
19:7 -
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا
O dedi: «Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?»
19:8 -
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا
(Mələk) dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: «Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!»»
19:9 -
قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا
O dedi: «Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et». (Allah) buyurdu: «Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!»
19:10 -
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا
O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: «Səhər-axşam (Allaha) təriflər deyin!»
19:11 -
يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا
(Yəhyaya da:) «Ey Yəhya! Kitabdan möhkəm yapış!» – (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.
19:12 -
وَحَنَانًا مِنْ لَدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا
Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.
19:13 -
وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا
Həm də ata-anasına qarşı qayğıkeş (idi); lovğa və asi deyildi.
19:14 -
وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا
Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
19:15
Tərcümə: Əlixan Musayev