Surə 19 Məryəm, ayə 83 – 98

  1. أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

    Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?

    19:83
  2. فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

    Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.

    19:84
  3. يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا

    O gün Biz müttəqiləri Mərhəmətli (Allahın) hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.

    19:85
  4. وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

    Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.

    19:86
  5. لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا

    Mərhəmətli (Allahdan) əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.

    19:87
  6. وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا

    (Kafirlər:) «Mərhəmətli (Allah) özünə övlad götürmüşdür!» – dedilər.

    19:88
  7. لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا

    Siz olduqca pis bir iş tutdunuz.

    19:89
  8. تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

    Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –

    19:90
  9. أَنْ دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا

    Mərhəmətli (Allaha) övlad isnad etdiklərinə görə.

    19:91
  10. وَمَا يَنْبَغِي لِلرَّحْمَٰنِ أَنْ يَتَّخِذَ وَلَدًا

    Mərhəmətli (Allaha) özünə övlad götürmək yaraşmaz.

    19:92
  11. إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا

    Göylərdə və yerdə olanların hamısı Mərhəmətli (Allahın) hüzuruna ancaq bir qul kimi gələcək.

    19:93
  12. لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

    (Allah) onları hesablamış və bir-bir saymışdır.

    19:94
  13. وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا

    Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.

    19:95
  14. إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا

    İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar üçün Mərhəmətli (Allah) (qəlblərdə) bir sevgi yaradacaq.

    19:96
  15. فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا

    Biz (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.

    19:97
  16. وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُمْ مِنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا

    Biz onlardan əvvəl neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?

    19:98

Tərcümə: Əlixan Musayev