Surə 20 Ta Ha, ayə 77 – 79
-
وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ
Biz Musaya: «Qullarımla birlikdə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru yol aç. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!» – (deyə) vəhy etdik.
20:77 -
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.
20:78 -
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَىٰ
Firon öz xalqını azğınlığa sürüklədi və (onlara) doğru yol göstərmədi.
20:79
Tərcümə: Əlixan Musayev