Surə 20 Ta Ha, ayə 90 – 104
-
وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي
Bundan əvvəl Harun onlara demişdi: «Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli (Allahdır). Mənə tabe olun və əmrimə itaət edin!»
20:90 -
قَالُوا لَنْ نَبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ
Onlar: «Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!» – dedilər.
20:91 -
قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا
(Musa) dedi: «Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
20:92 -
أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِي
ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?
20:93 -
قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي
(Harun) dedi: «Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: «İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!» – deyəcəyindən qorxdum.
20:94 -
قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ
(Musa) dedi: «Məqsədin nə idi, ey Samiri?»
20:95 -
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي
O dedi: «Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən [Cəbrailin atının ayağı dəydiyi yerdən] bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi».
20:96 -
قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا
(Musa) dedi: «Çıx get! Sən həyatın boyu: «Mənə toxunmayın, mən də sizə toxunmayım!» – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.
20:97 -
إِنَّمَا إِلَٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا
Sizin məbudunuz yalnız Özündən başqa heç bir (haqq) məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir».
20:98 -
كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik.
20:99 -
مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا
Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar.
20:100 -
خَالِدِينَ فِيهِ ۖ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا
Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis (yük) olacaqdır!
20:101 -
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا
O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.
20:102 -
يَتَخَافَتُونَ بَيْنَهُمْ إِنْ لَبِثْتُمْ إِلَّا عَشْرًا
Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: «(Dünyada) cəmi on gün qaldınız!»
20:103 -
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا
Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: «(Dünyada) cəmisi bir gün qaldınız!» – deyəcək.
20:104
Tərcümə: Əlixan Musayev