Surə 21 Əl-Ənbiya (Ənbiya), ayə 57 – 65

  1. وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ

    Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!»

    21:57
  2. فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ

    (Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

    21:58
  3. قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ

    Onlar dedilər: «Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!»

    21:59
  4. قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ

    (Bəziləri:) «İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik» – dedilər.

    21:60
  5. قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ

    (Digərləri də:) «Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər» – dedilər.

    21:61
  6. قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ

    Onlar dedilər: «Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?»

    21:62
  7. قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ

    (İbrahim) dedi: «Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun».

    21:63
  8. فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ

    Onlar öz-özlərinə müraciətlə: «Həqiqətən də, siz zalımsınız» – dedilər.

    21:64
  9. ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ

    Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: «Axı sən bilirsən ki, bunlar danışmırlar».

    21:65

Tərcümə: Əlixan Musayev