Surə 23 Əl-Muminum (Muminun), ayə 1 – 29

  1. قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ

    Möminlər, həqiqətən də, nicat tapmışlar;

    23:1
  2. الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ

    o kəslər ki, namazlarında mütidirlər,

    23:2
  3. وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

    o kəslər ki, sözbazlıqdan qaçırlar,

    23:3
  4. وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ

    o kəslər ki, zəkat verirlər,

    23:4
  5. وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

    o kəslər ki, övrət yerlərini (həmişə) qoruyurlar,

    23:5
  6. إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

    zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar.

    23:6
  7. فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ

    Bundan artığına can atanlar isə həddi aşanlardır.

    23:7
  8. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

    O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.

    23:8
  9. وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ

    O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.

    23:9
  10. أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ

    Məhz onlar – varis olanlardır.

    23:10
  11. الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ

    O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.

    23:11
  12. وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ

    Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.

    23:12
  13. ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ

    Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.

    23:13
  14. ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

    Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah (ən Əzəmətli), xeyiri və bərəkəti bol olandır!

    23:14
  15. ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ

    Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz.

    23:15
  16. ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ

    Sonra da Qiyamət günü dirildiləcəksiniz.

    23:16
  17. وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ

    Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq.

    23:17
  18. وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ

    Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.

    23:18
  19. فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

    Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.

    23:19
  20. وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ

    Biz Sina dağında bir ağac bitirdik ki, (barından) yeyənlərə həm yağ, həm də şirə verir.

    23:20
  21. وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ

    Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda (başqa) faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.

    23:21
  22. وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ

    Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız.

    23:22
  23. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ

    Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: «Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?»

    23:23
  24. فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ

    Qövmünün kafir zadəganları dedilər: «O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.

    23:24
  25. إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ

    Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!»

    23:25
  26. قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ

    O dedi: «Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!»

    23:26
  27. فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ

    Biz ona vəhy etdik: «Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş [əleyhinə hökm verilmiş] kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar.

    23:27
  28. فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ

    Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: «Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!»

    23:28
  29. وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ

    (Həmçinin) de: «Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!»

    23:29

Tərcümə: Əlixan Musayev