Surə 25 Əl-Furqan (Furqan), ayə 59 – 60
-
الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا
O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli (Allahdır). Bunu biləndən soruş!
25:59 -
وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَٰنِ قَالُوا وَمَا الرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩
Onlara: «Mərhəmətli (Allaha) səcdə edin!» – deyildikdə: «Mərhəmətli (Allah) nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?» – deyərlər. Bu da onların nifrətini artırar.
25:60
Tərcümə: Əlixan Musayev