Surə 27 Ən-Nəml (Nəml), ayə 1 – 5

  1. طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ

    Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.

    27:1
  2. هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

    Möminlərə doğru yol göstəricisi və müjdədir.

    27:2
  3. الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ

    O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.

    27:3
  4. إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ

    Həqiqətən, Axirətə iman gətirməyənlərin (bəd) əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar (azğınlıqları üzündən heç nə anlamadan) (yer üzündə) veyllənirlər.

    27:4
  5. أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ

    Bunlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.

    27:5

Tərcümə: Əlixan Musayev