Surə 27 Ən-Nəml (Nəml), ayə 15 – 16

  1. وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ

    Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: «Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!»

    27:15
  2. وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ

    Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: «Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür».

    27:16

Tərcümə: Əlixan Musayev