Surə 27 Ən-Nəml (Nəml), ayə 41 – 43
-
قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنْظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ
(Süleyman) dedi: «Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa tanımayanlardan olacaq?»
27:41 -
فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ
Qadın gəldikdə ona: «Taxtın bu cürdürmü?» – deyildi. O dedi: «Deyəsən odur!» (Süleyman dedi:) «Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!»
27:42 -
وَصَدَّهَا مَا كَانَتْ تَعْبُدُ مِنْ دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كَافِرِينَ
Allahdan başqa tapındığı şeylər o qadını (tövhiddən) yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.
27:43
Tərcümə: Əlixan Musayev