Surə 27 Ən-Nəml (Nəml), ayə 7 – 12

  1. إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ آتِيكُمْ بِشِهَابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُونَ

    Bir zaman Musa öz ailəsinə: «Mən, doğrudan da, bir od gördüm. (Qoy) (gedib) ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız» – demişdi.

    27:7
  2. فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ

    (Musa) oraya gəlib çatanda ona nida gəldi: «Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

    27:8
  3. يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

    Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!

    27:9
  4. وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ

    Əsanı (yerə) at!» (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) «Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.

    27:10
  5. إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ

    Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, (bilsin ki,) Mən Bağışlayanam, Rəhmliyəm!

    27:11
  6. وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

    Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!»

    27:12

Tərcümə: Əlixan Musayev