Surə 33 Əl-Əhzab (Əhzab), ayə 59 – 68

  1. يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

    Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.

    33:59
  2. لَئِنْ لَمْ يَنْتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا

    Əgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə pis şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər və

    33:60
  3. مَلْعُونِينَ ۖ أَيْنَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِيلًا

    lənətlənmiş halda (qalarlar). Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər.

    33:61
  4. سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۖ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا

    Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən.

    33:62
  5. يَسْأَلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ تَكُونُ قَرِيبًا

    Camaat sənə (Qiyamət) saatı [Qiyamət günü] barədə sual verir. De: «Onu yalnız Allah bilir!» Nə bilirsən, bəlkə də, (Qiyamət) saatı lap yaxınlaşmışdır.

    33:63
  6. إِنَّ اللَّهَ لَعَنَ الْكَافِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا

    Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün (yandırıb-yaxan) Od hazırlamışdır.

    33:64
  7. خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا

    Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa biləcəklər.

    33:65
  8. يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِي النَّارِ يَقُولُونَ يَا لَيْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَا

    Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: «Kaş, Allaha itaət edər və Onun rəsuluna itaətkar olaydıq!»

    33:66
  9. وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا

    Onlar deyəcəklər: «Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.

    33:67
  10. رَبَّنَا آتِهِمْ ضِعْفَيْنِ مِنَ الْعَذَابِ وَالْعَنْهُمْ لَعْنًا كَبِيرًا

    Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!»

    33:68

Tərcümə: Əlixan Musayev