Surə 36 Ya Sin, ayə 1 – 11

  1. يس

    Ya. Sin.

    36:1
  2. وَالْقُرْآنِ الْحَكِيمِ

    And olsun hikmətli Qurana!

    36:2
  3. إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

    Həqiqətən, sən göndərilmiş elçilərdənsən,

    36:3
  4. عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

    doğru yoldasan.

    36:4
  5. تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ

    (Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,

    36:5
  6. لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ

    ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.

    36:6
  7. لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ

    Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.

    36:7
  8. إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ

    Biz onların boyunlarına zəncir vurmuşuq. Bu zəncirlər onların çənələrinə dirənib. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.

    36:8
  9. وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ

    Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.

    36:9
  10. وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ

    Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.

    36:10
  11. إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ

    Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.

    36:11

Tərcümə: Əlixan Musayev