Surə 36 Ya Sin, ayə 33 – 50

  1. وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ

    Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.

    36:33
  2. وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ

    Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,

    36:34
  3. لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ

    onların meyvələrindən və öz əlləri ilə becərmədiklərindən yesinlər. Onlar şükür etməyəcəklərmi?!

    36:35
  4. سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

    Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.

    36:36
  5. وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ

    Gecə də, onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.

    36:37
  6. وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

    Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür.

    36:38
  7. وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ

    Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur.

    36:39
  8. لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ

    Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedər.

    36:40
  9. وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ

    Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.

    36:41
  10. وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ

    Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitəsi yaratdıq.

    36:42
  11. وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ

    Əgər istəsək, onları (suya) qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.

    36:43
  12. إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ

    Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.

    36:44
  13. وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ

    Onlara: «Önünüzdə olandan və arxanızca gələndən [dünyada və axirətdə olan] (əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!» – deyildikdə (üz çevirirlər).

    36:45
  14. وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ

    Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz döndərməsinlər.

    36:46
  15. وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ

    Onlara: «Allahın sizə verdiyi ruzidən sərf edin!» – deyildikdə, kafirlər möminlərə deyirlər: «Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik?! Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz».

    36:47
  16. وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ

    Onlar: «Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?» – deyə soruşurlar.

    36:48
  17. مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ

    Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.

    36:49
  18. فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ

    Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.

    36:50

Tərcümə: Əlixan Musayev