Surə 36 Ya Sin, ayə 51 – 67

  1. وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ

    Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.

    36:51
  2. قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ

    Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş».

    36:52
  3. إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ

    Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.

    36:53
  4. فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ

    O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.

    36:54
  5. إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ

    Həqiqətən, Cənnət o gün əhli kef çəkməklə məşğul olacaq.

    36:55
  6. هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ

    Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.

    36:56
  7. لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ

    Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.

    36:57
  8. سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ

    Üstəlik, Rəhmli Rəbb (onlara): «Salam» deyəcək.

    36:58
  9. وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

    «Bu gün (möminlərdən) ayrılın, ey günahkarlar!

    36:59
  10. أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

    Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,

    36:60
  11. وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ

    Mənə ibadət edin! Doğru yol budur.

    36:61
  12. وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ

    Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?!

    36:62
  13. هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ

    Bu, sizə vəd edilmiş Cəhənnəmdir.

    36:63
  14. اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ

    Kafir olduğunuza görə bu gün orada yanın!»

    36:64
  15. الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

    Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.

    36:65
  16. وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ

    Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?!

    36:66
  17. وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ

    Əgər istəsəydik, onları yerlərindəcə elə hala salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər.

    36:67

Tərcümə: Əlixan Musayev